Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan tanker

Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan tanker dünya sularına buraxılıb

110
(Yenilənib 13:30 07.08.2019)
Məhəmməd Əmin Rəsulzadənin adı Türkiyədə də əbədiləşdirildi

BAKI, 7 avqust — Sputnik. Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan tanker suya buraxıldı.

  Sputnik Azərbaycan-ın xəbərinə görə, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbəri olduğu "Palmali Group"a məxsus Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan tanker suya buraxılıb. Tankerin suya buraxılma mərasiminə isə Azərbaycandan olan bir çox ziyalılar, o cümlədən də Məhəmməd Əmin Rəsulzadənin nəvəsi olan Rəis Rəsulzadə qatılıb.

Mübariz Mənsimov isə Məhəmməd Əmin Rəsulzadənin göstərdiyi xidmətlərdən, misilsiz rolundan danışaraq onun adının ucaldılmasından qürur hissi keçirdiyini bildirib.

110
Teqlər:
azərbaycanlı iş adamı Mübariz Mənsimov, Məhəmməd Əmin Rəsulzadə, Azərbaycan, Türkiyә, tanker
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, arxiv şəkli

Tələbələrin köçürülməsinə başlanılır: qayda qadağalar açıqlandı

2
Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir

BAKI, 14 avqust — Sputnik. Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bu günədək 7 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.

Azərbaycanın ali məktəblərində tələbələrin bir ali məktəbdən digər ali məktəbə və ya bir ixtisasdan digər ixtisasa köçürülməsi (daxili köçürülmə) qaydasına görə, proses Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.
Təhsil Nazirliyi ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi zamanı minimal keçid balları haqqında məlumatı Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsindən əldə edir.
Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın.
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi üçün Dövlət İmtahan Mərkəzinin (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş "tarix və coğrafiya müəllimliyi", "tarix müəllimliyi" və "tarix" ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş "beynəlxalq münasibətlər" və "regionşünaslıq" ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.

Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan təhsil müəssisələrinə köçürülərkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması, DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); qənaətbəxş akademik göstəriciləri; köçürülmə səbəbləri; təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır.

Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron köçürülmədə iştirak edə bilərlər. Bir semestr ərzində tələbə transfer.edu.az saytında yalnız bir dəfə qeydiyyatdan keçə bilər.

Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi məsələsinə qış və yay tətili müddətində onların qəbul olunduqları və əsinə köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər və köçürülən şəxs həmin təhsil müəssisəsində köçürüldüyü ixtisas üzrə təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir.

2
Əlaqədar
Müəllimlərin imtahanına tələbələr nəzarət edəcəklər
Fransalı tələbənin karantinli Bakı təcrübəsi: “Mütləq buraya ailəmlə qayıdacağam”
Mis məftilin üstündə qurulan təhsildən "qızıl" gələcəyi necə gözləyək?
Distant təhsil - Gələcəyimizi təmin edən fürsət, yoxsa savadsızlığa aparan "Troya atı"
Yeni modelə keçidin başlanğıcı: Azərbaycanda pandemiya dövründə təhsil inqilabı
Almaz Ələsgərli, arxiv şəkli

Əməkdar artist efirdə erməni mahnısı oxuyub

7
(Yenilənib 15:46 14.08.2020)
Müğənninin ifa etdiyi mahnı sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onların böyük bir qismi müğənninin bu addımını tənqid edib

BAKI, 14 avqust — Sputnik. Əməkdar artist Almaz Ələsgərli erməni bəstəkarı Vigen Şakaryanın bəstələdiyi və Artur Amiryanın ifa etdiyi "Da zdravstvuet lyubov" adlı mahnını şoumen Emil Heydərovla birlikdə ifa ediblər. Müğənni sözügedən mahnını Atv, Xəzər kanallarında ifa edib.

Qeyd edək ki, müğənninin ifa etdiyi mahnı sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Onların böyük bir qismi müğənninin bu addımını tənqid edib. Digər bir qismi isə "sənətin vətəni olmur", "onlar bizim mahnıları oğurlayıblar, bizimkilər də onların mahnısını ifa etsinlər" kimi fikirlər səsləndiriblər.

7
Əlaqədar
Azərbaycanlı Mokvada qazanc yolunu tapıb
Mən köynəkdə doğulmuşam: Roza Zərgərli COVID-19-u necə keçirdiyini bilməyib
Aygün erməni həmkarıyla qucaqlaşıb oxudu, dedilər, Qarabağ "qayıtdı" - VİDEO
Azərbaycanlı bloger rus müğənni Yeqor Kridlə sevgili olmasına aydınlıq gətirib
Azərbaycanlı qardaşlar Rusiya səhnəsinə qayıtdılar