Binalar qəzalı vəziyyətdə olduğu və yaşayış standartlarına cavab vermədiyi üçün sökülür

Bakıda kəskin qəza vəziyyətində olan binaların sayı açıqlandı

562
(Yenilənib 11:14 07.08.2019)
Bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi barədə qərar qəbul edilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Paytaxtda qəzalı binaların sayı açıqlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İsrafil Kərimov məlumat verib.  Onun sözlərinə görə, paytaxtda 17 ədəd kəskin qəzalı bina var: "Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi barədə qərar qəbul edilib. Həmin qərarda göstərilir ki, qəzalı binalarda yaşayan sakinlərə maliyyə vəsaiti ödənilməklə onlar köçürülsün. Belə kəskin qəzalı binalar əsasən Sabunçu rayonu ərazisindədir. Bu binalardan biri Yasamal rayonu, Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli, 43 mənzilli binadır. Digər belə bina Xətai rayonunda Şıxlınski 22 ünvanındadır. Digər qəzalı bina isə Səbail rayonu, Arif İsmayılov 51 ünvanında yerləşir. Bu binada 30 mənzil var, cəmi 4-nün sənədi var. Həmin binalardakı sakinlər mərhələli şəkildə köçürüləcəklər".  

562
Teqlər:
sakinlər, Bakı, qəzalı bina, bina
Əlaqədar
İlham Əliyev: “Bütün qəzalı evlər bərpa ediləcək, ya da yenidən tikiləcək”
Məcburi köçkünlər qəzalı binanı tərk etmir - İlginc səbəb
Restoranda nahar, arxiv şəkli

Bar restoranlarla bağlı yeni qərar verilib

7
(Yenilənib 14:40 26.09.2020)
Qərara görə, 6 ay qüvvədə olacaq yeni tələblərə cavab verməyən həm fiziki, həm də hüquqi şəxslər yüksək əbləğdə cərimələnəcəklər.

BAKI, 26 sentyabr — Sputnik. İngiltərənin baş naziri bar və restoranlarla bağlı yeni qərar açıqlayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yeni qərara əsasən ölkədəki pandemiya vəziyyətinin daha da kritikləşməsi ilə bar və restoranlaırn fəaliyyəti saat 22:00-dan etibarən dayandırılır. Beləcə artıq qərarın qüvvəyə minməsi ilə küçələrdə böyük boşluq yaranıb, sıxlıq aradan qalxıb. Qərarın bir bəndinin məhz bar və restoranlara şamil edilməsinin səbəbi isə son zamanlar xüsusən də gənclər arasında COVID-19-a yoluxma halının daha çox qeydə alınması ilə əlaqədardır.

Qərara görə, 6 ay qüvvədə olacaq yeni tələblərə cavab verməyən həm fiziki, həm də hüquqi şəxslər yüksək məbləğdə cərimələnəcəklər.

Qeyd edək ki, bu gün Avropa ölkələrində ən çox ölüm halının qeydə alındığı ölkələrdən biri olan İngiltərədə bu günədək ölü sayı 41 min 902 olub. '

7
Qaz plitəsi, arxiv şəkli

Bu rayonun da qışla bağlı problemləri həll olundu

3
(Yenilənib 14:33 26.09.2020)
Şamaxı rayonunda 51 məntəqədə qazlaşma işləri başa çatdırılıb və qazlaşma səviyyəsi bu gün üçün 97 %-dən bir qədər artıq təşkil edir.

BAKI, 26 sentyabr — Sputnik. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bu günlərdə dövlət sifarişi ilə qazlaşdırılması həyata keçirilən daha bir yaşayış məntəqəsinə qaz açılışı təmin olunub.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, belə ki, Şamaxı rayonunun Qaleybuğurd kəndinə qaz çəkilişi tamamlanıb. 153 abonenti olan Qaleybuğurd kəndində qazlaşdırma işlərinin həyata keçirilməsi üçün birpilləli sistem əsasında müxtəlif diametrli 12 877 metr uzunluqda polad boru vasitəsi ilə daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bununla da Şamaxı rayonunda 51 məntəqədə qazlaşma işləri başa çatdırılıb və qazlaşma səviyyəsi bu gün üçün 97 %-dən bir qədər artıq təşkil edir. Başqa sözlə, rayonda 21 303 abonent təbii qazdan istifadə edir. Şamaxı rayonu üzrə qazlaşdırılmayan 11 yaşayış məntəqəsi qalır ki, bundan da hal-hazırda 3-də qaz çəkilişləri davam etdirilir.

 

 

3