“Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun ərazisində aparılan arxeloji qazantılar

Qazıntılar Damcılının yaşını daha da artırdı

1266
(Yenilənib 13:46 06.08.2019)
Qazax rayonunda çox maraqlı bir muzeyin açılması gündəmdədir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. Qazaxda yerləşən “Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun ərazisində aparılan arxeoloji qazıntılar zamanı buranın yaşının daha çox olduğu məlum olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, yerli və yaponiyalı mütəxəssislərin birlikdə apardığı araşdırmalar zamanı Damcılı mağarasından zəngin mədəniyyət nümunələri aşkar edilib.

Yapon arxeoloq Yoşihiro Nişiaki Sputnik Azərbaycan-ın bölgə müxbirinə müsahibəsində Damcılı mağarasında 2016-cı ildən arxeoloji qazıntılara başladıqlarını və çox uğurlu nəticələr əldə etdiklərini bildirib.

  • “Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun ərazisində aparılan arxeloji qazantılar
    “Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun ərazisində aparılan arxeloji qazantılar
    © Sputnik / Ilham Mustafa

  • Yapon arxeoloq Yoşihiro Nişiaki
    Yapon arxeoloq Yoşihiro Nişiaki

1 / 12
© Sputnik / Ilham Mustafa
“Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun ərazisində aparılan arxeloji qazantılar

“Uğurumuz ondan ibarətdir ki, bu il 8500 il əvvələ aid mezolit təbəqəsi aşkar etmişik. Bu da bizə mezolit dövründən neolitə keçidi araşdırmaq üçün çox yaxşı imkanlar açır. Burada ovçu tayfaların əkinçiliyə keçməsinin izlərini qazıntılar nəticəsində görə bilirik”, - deyən yapon mütəxəssis əsas nəticələri gələn il açıqlaya biləcəklərini söyləyib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun eneolit və tunc dövrü mütəxəssisi Əjdər Babazadə isə Damcılı mağarasında tapılan əhliləşdirilmiş və əhliləşdirilməmiş heyvan sümüklərinin aşkar edilməsinin burada bir neçə mərhələni eyni vaxtda izləməyə imkan yaratdığını deyib.

“Mezolitdən neolitə, eyni zamanda istehsal təsərrüfatına keçidi buradan izləmək mümkündür. Burada ilk heyvanların əhliləşdirilməsi, evlərin qurulması prosesinin kökləri görünür”, - deyə Ə.Babazadə bildirib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun eneolit və tunc dövrü mütəxəssisi Əjdər Babazadə
© Sputnik / Ilham Mustafa
AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun eneolit və tunc dövrü mütəxəssisi Əjdər Babazadə

Mütəxəssislərin sözlərinə görə, hələ indiyədək Qazax rayonunda beynəlxalq ekspedisiya belə ardıcıl elmi işlər aparmayıb. Ekspedisiya hazırda mezolit dövrünə aid daşdan bəzək əşyası, ox ucluqları, vəhşi heyvan sümükləri aşkarlayıb ki, bunlar da çox qeyri-adi, tapılmayan maddi mədəniyyət nümunələri hesab edilir. Planlaşdırılır ki, gələn ilin yay aylarında son qazıntı işlərinin yekununda bu ərazidə elmi-praktiki konfrans təşkil edilsin.

Bu haqda danışan "Avey" Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva gələcəkdə Damcılı mağaralarının yaxınlığında muzey təşkil etmək niyyətində olduqlarını bildirib.

“Buradan tapılan nümunələr Yaponiyaya aparılır və laboratoriyalarda mütləq yaşı müəyyən olunduqdan sonra ölkəmizə qaytarılır. Bizim layihəmizdə var ki, gələcəkdə bu maddi mədəniyyət nümunələrindən muzey təşkil edib sərgiləyək”.

Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva
© Sputnik / Ilham Mustafa
Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva

Qeyd edək ki, Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən Avey Dövlət Qoruğunun ərazisi müxtəlif tarixi dövrlərə təsadüf edən maddi-mədəniyyət, arxeologiya və memarlıq abidələri ilə zəngindir. Burada 56 tarixi abidə var ki, onların arasında 8 məbəd, 2 qədim yaşayış yeri, iki orta əsrlərə aid qəbiristanlıq, müdafiə divarları və bürcləri olan 2 qala qalığı, 30-a qədər isə mağara yer alır.

1266
Teqlər:
mağara, arxeoloji qazıntı, Qazax
Əlaqədar
Qədim Qəbələnin sirləri açılır - alimlər ikinci mərtəbə tapdılar
Azərbaycan tarixinin mühüm qatları üzə çıxır - alban məbədinin "üzünü" açdılar
Arxeoloqlar Qarabağdan qayıtdılar, axır sözü radiasiya mütəxəssisi deyəcək

Manas Ata Dədə Qorqudun ruhu sizə kömək olsun - Qırğız ziyalılar İlham Əliyevə dua etdi

16
(Yenilənib 01:31 27.10.2020)
Qırğız ziyalılardan İlham Əliyevə dəstək: "Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır".

BAKI, 27 oktyabr — Sputnik. "Biz, Aytmatov Əskər Çingizoviç, Osmanaliyev Kayrat Mederbekoviç, əsas vəzifəsi qırğız və türk yazıçısı Çingiz Aytmatovun yaradıcılıq və mənəvi irsinin qorunub saxlanılması və təbliği, onun humanist ideallarının təşviqi olan “Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin üzvləriyik".

Sputnik Azərbaycan-ın məlumatına görə, "Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu" İctimai Birliyinin üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub bu sətirlə başlayır.

Məktubda daha sonra deyilir:

"Biz qürur duyuruq ki, Çingiz Aytmatovun kitabları qardaş Azərbaycanda çox oxunur və sevilir, Azərbaycan xalqı onu öz yazıçısı kimi qəbul edir.

Biz ölkənizin inkişaf edən bir dövlət qurmaq istiqamətində qazandığı uğurlara, dünya miqyasında malik olduğu nüfuza sevinirik.

Bununla yanaşı, hər zaman azərbaycanlı qardaşlarımızın uzun müddətdir sağalmayan yarası - işğal olunmuş Dağlıq Qarabağ problemi ilə bağlı ağrı-acısını bölüşmüşük.

Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır. Qızıl qartal havada qürurla yeni üfüqlərə doğru uçur, lakin yaralı qanad ona daha yüksəklərə qalxmağa və uçmağa imkan vermir.

İndi Qarabağda müharibə gedir və bütün dünya hərbi əməliyyatların gedişini narahatlıqla izləyir.

Azərbaycan Ordusu yüksək döyüş ruhu, döyüş qabiliyyəti və qalib gəlmək əzmi nümayiş etdirir.

Böyük Lev Tolstoyun və Çingiz Aytmatovun ardınca müharibənin insan zəkasına və mahiyyətinə zidd fenomen olduğuna əminik. Ancaq bəzən xalq belə bir addım atmağa məcbur olur. Vətəninə, torpağına məhəbbət - bu müqəddəs hiss hər bir xalqa instinktiv səviyyədə xasdır.

Azərbaycanlılar üçün Qarabağ onları birləşdirən milli meqafikrə, müstəqil dövlət olaraq yetkinlik və məsuliyyət imtahanına, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzminə çevrildi.

Uca Allahdan döyüş əməliyyatlarının ən qısa müddətdə bitməsini, danışıqlar prosesinin bərpa edilməsini və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu dərk edilərək problemin sülh yolu ilə həll olunmasını diləyirik.

Hər hansı müharibə, xüsusilə mülki əhaliyə qarşı bəşəriyyətin əsrlər boyu yaşadığı acı təcrübə əsasında aparılan müharibə qaydalara məhəl qoyulmadığı zaman qəddarlıq və insanlıqdan kənar nəticələrə gətirib çıxarır.

Müharibə cinayətlərinin bilərəkdən və soyuqqanlılıqla törədilməsi, Ermənistan ordusunun cəbhə xəttindən çox uzaqda yerləşən sülhsevər Azərbaycan şəhərlərini qəsdən bombalaması faciəvidir və dərindən pislənilməlidir. Uşaqlar da daxil olmaqla mülki şəxslərin qurban olması çox təəssüf doğurur.

Cənab Prezident, Sizə və bu hücumlar nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yerləri cənnət olsun. Bütün yaralıların tezliklə sağalmalarını arzu edirik.

Əminik ki, bu cür çirkin hərəkətlər Azərbaycan Ordusunun döyüş ruhunu qıra bilməyəcək, Azərbaycan xalqını qorxutmayacaq, müharibənin gedişini öz xeyrinə dəyişə bilməyəcək, əgər bu qeyri-insani hərəkətlərin məqsədi belə idisə.

Cənab Prezident, Siz dahi atanız və bütün Azərbaycan xalqının atası - Heydər Əliyevin işlərinin layiqli davamçısısınız.

İndi Azərbaycan xalqının qarşınıza qoyduğu tarixi vəzifənin - ölkənin ərazi bütövlüyünün bərpası üçün həlledici andır. Əminik ki, müdrik və uzaqgörən lider olaraq, bu missiyanı qardaş Azərbaycan xalqı naminə, bölgədə və dünyada sülhün və sabitliyin qorunması naminə, beynəlxalq hüquq və sivil vasitələr çərçivəsində danışıqlar yolu ilə layiqincə yerinə yetirməkdə uğur qazanacaqsınız. Ulu əcdadlarımız Manas Ata və Dədə Qorqudun ruhu bu nəcib işdə sizə kömək olsun".

16
Türkiyənin Hatay vilayətində İsgenderun rayon mərkəzində terror aktı

Türkiyədə terror aktı törədilib - partlayış anının dəhşət saçan görüntüləri

63
(Yenilənib 23:45 26.10.2020)
Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat yayıb.

Vali deyib ki, İsgəndərunun mərkəzində Fənər küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və o, zərərsizləşdirilib. Digər terrorçunun isə axtarışı davam edir.

Hadisə yerinə çox sayda təhlükəsizlik, səhiyyə, fövqəladə hallar və hüquq-mühafizə işçiləri cəlb edilib.

Vali partlayışda ölənlərin olmadığını deyib. Hadisə zamanı biri polis olmaqla 3 nəfərin yaralandığı bildirilir.

63