CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış telejurnalistin oğlu ölümdən döndü, xalası boğuldu

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidXəstəxana. Arxiv şəkli
Xəstəxana. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Komaya düşən azyaşlı ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır

BAKI, 5 avqust — Sputnik. Tanınmış telejurnalist Yusif Kərimlinin oğlu ölümdən dönüb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi - Sputnik Azərbaycan
HADİSƏ
Qonaqlarını dənizə gətirən 18 yaşlı gənc batdı

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə jurnalist Anar Tağıyev "Facebook" sosial şəbəkəsindəki hesabında məlumat verib: "Teleaparıcı Yusif Kərimlinin azyaşlı övladı dünən çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır".

Qeyd edək ki, Yusif Kərimli "Xəzər" telekanalında çalışır. O, bu telekanalda bir sıra verilişlərin aparıcısı və redaktoru olub.

Xəbər lenti
0