CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zakir Həsənov və Sergey Şoyqu Moskvada bir arada - VİDEO

© AR Ministry of Defense"Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir
Beynəlxalq Ordu Oyunları - 2019 yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir - Sputnik Azərbaycan
Abunə olmaq
Nümayiş etdirilən ekspozisiyalar qonaqların yaxından tanış olmaları üçün yarışların sonunadək sərgilənəcək

BAKI, 5 avqust — Sputnik. Moskvada səfərdə olan Azərbaycanın Müdafiə naziri "Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı "Dostluq Evi"ndə olub.

© AR Ministry of Defense"Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir
Zakir Həsənov və Sergey Şoyqu Moskvada bir arada - VİDEO - Sputnik Azərbaycan
"Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu və digər qonaqlar sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid ekspozisiyalara baxış keçiriblər.

© AR Ministry of Defense"Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir
Zakir Həsənov və Sergey Şoyqu Moskvada bir arada - VİDEO - Sputnik Azərbaycan
"Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir

Zakir Həsənov eyni zamanda "Səhra mətbəxi" müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb.

Məlumat verilib ki, nümayiş etdirilən ekspozisiyalar qonaqların yaxından tanış olmaları üçün yarışların sonunadək sərgilənəcək. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları tərəfindən hər gün yarış iştirakçılarına və qonaqlara xeyli sayda milli mətbəx nümunələri təqdim edilir.

Sərginin Azərbaycan bölməsinə gələn çoxsaylı qonaqlar Azərbaycanın hərbi aşpazlarının hazırladıqları milli yeməklərimizin də dadına baxıblar.

Xəbər lenti
0