CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgələrdən Bakıya gələnlərə şad xəbər

© Sputnik / Irade JELILYaranmış vəziyyətdən ən çox sürücülər narazıdır
Yaranmış vəziyyətdən ən çox sürücülər narazıdır - Sputnik Azərbaycan
Abunə olmaq
Bölgələrdən Bakıya gələnlərə şad xəbər

BAKI, 5 avqust — Sputnik. Regional avtovağzallardan və avtostansiyalardan Bakıya yerinə yetirilən reyslərin hərəkət cədvəli ilə bağlı elektron formada məlumat almaq mümkün olacaq.

Bakıda avtobus dayanacağı - Sputnik Azərbaycan
Nəqliyyat Agentliyi sərnişinlərin istəyini yerinə yetirdi

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, sentyabr ayında təhvil veriləcək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin informativ saytında bu nəzərə alınıb və bütün regionlardan Bakıya gələn müntəzəm reyslərlə bağlı məlumatlar orada öz əksini tapacaq: "Sentyabrdan sonra sərnişinlərin belə bir problemi olmayacaq. Sərnişinlərdən Çağrı Mərkəzimizə ən çox daxil olan suallar regional avtovağzal və avtostansiyalardan Bakıya gələn reyslərin hərəkət cədvəli ilə bağlıdır. Hazırda sərnişinlər bununla bağlı məlumat almaq istəsələr, (012-566-52-58) nömrəsi ilə əlaqə saxlaya bilərlər. Sentyabrdan isə elektron informasiya almaq mümkün olacaq".

Xəbər lenti
0