Balaca qız, arxiv şəkli

Əcnəbilərin Azərbaycandan övladlığa uşaq götürməsi qaydaları dəyişir

62
(Yenilənib 12:48 03.08.2019)
Övladlığagötürmə ilə bağlı müraciətlərin qəbulu, yoxlanılması məsələlərində qaydalar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bir qədər fərqli olacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sağlam uşaqları övladlığagötürmə ilə bağlı məhdudiyyət götürülür.

Bu barədə məlumatı Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov verib. O bildirib ki, əslində indiyədək də rəsmi olaraq övladlığagötürülmə qaydalarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ancaq sağlamlıq imkanı məhdud uşaqların verilməsi barədə şərt olmayıb. 

Amma əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha çox sağlamlıq imkanı məhdud uşaqlar təklif olunub: "Övladlığagötürmə ilə bağlı yeni qaydalarda belə bir şərt olmayacaq. Azərbaycan vətəndaşları kimi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də sağlam uşaqlar övladlığa veriləcək. Amma valideyn namizədin özü könüllü olaraq bunu istəyəcəksə, bu halda da sağlamlıq imkanı məhdud uşağı saxlamaq üçün şəraiti olduğu halda razılıq veriləcək".

F. Ələkbərov bildirib ki, amma övladlığagötürmə ilə bağlı müraciətlərin qəbulu, yoxlanılması məsələlərində qaydalar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bir qədər fərqli olacaq. Buna da səbəb həmin şəxsin başqa ölkədə yaşaması, bir sıra məlumatların elektron qaydada yoxlanılmasının mümkün olmamasıdır.

62
Teqlər:
qaydalar, əcnəbi və vətındaşlığı olmayan şəxs, əcnəbi, sağlamlıq, uşaq, Övladlığa götürmə
Əlaqədar
Nə yoğurdum, nə yapdım... – Artıq hamı övlad sahibi ola biləcək
Övladlığagötürmənin yeni idarəetmə mərhələləri hazırlanıb
piano

Balaca pianoçu beynəlxalq müsabiqənin laureatı olub

2
(Yenilənib 19:31 16.05.2021)
Balaca pianoçu Balis Dvarionasın "Prelüdiya"sını ifa edərək laureat adına layiq görülüb. Münsiflər heyəti şagirdlə yanaşı, onu hazırlayan müəllimin peşəkarlığını yüksək qiymətləndirərək Lalə Useynovaya təşəkkür diplomu ünvanlayıb.

BAKI, 16 may — Sputnik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Nuray Manafova İtaliyanın Roma şəhərində keçirilən "Star of the Rome" (Romanın ulduzu) beynəlxalq müsabiqəsində uğurla iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, balaca pianoçu Balis Dvarionasın "Prelüdiya"sını ifa edərək laureat adına layiq görülüb.

Münsiflər heyəti şagirdlə yanaşı, onu hazırlayan müəllimin peşəkarlığını yüksək qiymətləndirərək Lalə Useynovaya təşəkkür diplomu ünvanlayıb.

Eləcə də oxuyun: 

Dünyaca məşhur müsabiqədə Azərbaycanı təmsil edəcək müğənninin adı açıqlanıb

* Arslan Növrəsli: Uşaqlar yaşıdları ilə oynayanda, biz zamanımızı musiqiyə həsr edirdik

Şəhid polkovnikin pianoda ifası hər kəsi kövrəltdi - VİDEO

2
Teqlər:
azərbaycanlı, müsabiqə, piano
“ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend

Şuşanı ərəblərin vasitəsilə dünyaya göstərdilər - FOTO

6
(Yenilənib 19:20 16.05.2021)
Dubayda pandemiya şəraitində sosial izolyasiya qaydaları nəzərə alınaraq təşkil olunan beynəlxalq sərgidə Azərbaycan 100 kvadrat metrlik sahəni əhatə edən milli stendlə təmsil olunur.

BAKI, 16 may — Sputnik. Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçirilən "ATM 2021" (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub. Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit bir il yarım müddətdən sonra pandemiya dövründə Yaxın Şərq üzrə keçirilən turizm sərgisinin postpandemiya dövrü üçün müsbət başlanğıc olduğunu qeyd edib.

Florian Zenqstşmit sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə "Azərbaycan Hava Yolları" (AZAL) və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı daxil olmaqla, ölkənin turizm sektorunu təmsil edən 9 yerli tərəfdaşın qatıldığını diqqətə çatdırıb.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov sərginin Qarabağın yeni bir turizm destinasiyası kimi tanıdılması və iştirakçıları bu haqda ətraflı məlumatlandırmaq üçün yaxşı platforma rolu oynadığını qeyd edib. O, sərgi iştirakçıları tərəfindən Qarabağ bölgəsinə böyük maraq göstərildiyini bildirib.

  • “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend
    © Photo: Azerbaijan Tourism Board
  • “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend
    © Photo: Azerbaijan Tourism Board
  • “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend
    © Photo: Azerbaijan Tourism Board
  • “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend
    © Photo: Azerbaijan Tourism Board
1 / 4
© Photo: Azerbaijan Tourism Board
“ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend

Pandemiya şəraitində sosial izolyasiya qaydaları nəzərə alınaraq təşkil olunan beynəlxalq sərgidə Azərbaycan 100 kvadrat metrlik sahəni əhatə edən milli stendlə təmsil olunur.

Milli stenddə iştirakçıların sayı eyni anda 25 nəfəri keçməmək şərtilə görüş və müsahibələr keçirilir.

Görüş iştirakçılarına işğaldan azad edilmiş ərazilərin turizm potensialı, Azərbaycanda pandemiya dövründə görülən işlər, mövcud olan və inkişaf etdirilən turizm məhsulları və yeni turizm təklifləri barədə məlumatlar təqdim olunur.

Qeyd edək ki, 19 mayadək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 39 minə yaxın ziyarətçi, 2500-dən çox sərgi iştirakçısı qatılıb.

Eləcə də oxuyun: 

"Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm" - İlham Əliyev

Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

Şuşa məscidi öz orijinallığı və memarlıq üslubu ilə görənləri heyrətə gətirəcək - FOTOLAR

Şuşa məscidi və Xudafərin körpüsü Goranboya "gətirildi"

 

6
Teqlər:
Dubay, sərgi, turizm, Şuşa
İsraildə təcili yardım maşını, arxiv şəkli

İsraildə faciə üstünə faciə: onlarla adam sinaqoqda xəsarət aldı - VİDEO

0
(Yenilənib 21:17 16.05.2021)
Xatırladaq ki, bu yaxınlarda, aprelin 30-da Meron dağı yaxınlığında keçirilən Laq Ba-Omer dini mərasimi zamanı yaranan izdihamda 44 nəfər həlak olmuşdu.

BAKI, 16 may - Sputnik. İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb, xeyli adam yaralanıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Magen David Adom təcili tibbi yardım xidmətinin işçiləri məlumat veriblər.

"19:14-də Qüdsün bir rayonundakı sinaqoqda onlarla adamın olduğu tribunanın çökməsi barədə Təcili Yardım xidmətinə məlumat daxil olub", - tibb işçiləri deyiblər

KAH dövlət telekanalı bildirib ki, xəsarət almış 60 nəfərə tibbi yardım göstərilir, onlardan onunun vəziyyəti ağırdır.

Xatırladaq ki, bu yaxınlarda, aprelin 30-da Meron dağı yaxınlığında keçirilən Laq Ba-Omer dini mərasimi zamanı yaranan izdihamda 44 nəfər həlak olmuşdu.

Eləcə də oxuyun: 

*Rəsmi Bakı İsrailə başsağlığı verdi

İsrail HƏMAS üzvlərinin evlərinə zərbələr endirdi

*Papa nəhayət Fələstin-İsrail qarşıdurmasına münasibət bildirdi

 

 

0
Teqlər:
video, yaralılar, sinaqoq, faciə, İsrail