Ailə, arxiv şəkli

Övladlığagötürmənin yeni idarəetmə mərhələləri hazırlanıb

43
Ölkəmizdə övladlığagötürülmə yeni mərhələlərlə icra olunacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Azərbaycanda övladlığagötürmə sahəsində yeni idarəetmə mərhələləri hazırlanıb.  Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov məlumat verib. O, bildirib ki, ölkəmizdə noyabr ayından övladlığagötürülmə yeni mərhələlərlə icra olunacaq. 

F. Ələkbərov bildirib ki, ilk növbədə valideyn himayəsindən məhrum olmuş uşaqların e-uçotu hazırlanacaq. Daha sonra isə övladlığa uşaq götürmək üçün müraciət edən valideynlərin e-uçotu aparılacaq: "Bundan sonra valideyn-namizəd və onunla birgə yaşayanlar barədə məlumatların elektron qaydada əldə edilməsi, valideyn-namizədlə müsahibələrin keçirilməsi, mənzil şəraitinin yoxlanılması və təlimlərin aparılması həyata keçiriləcək. Növbəti mərhələ valideyn-namizədlə uşaqların uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində 40 saatdan az olmamaq şərtilə görüşlərin təşkilindən ibarət olacaq. Bu mərhələdən sonra övladlığa götürüləcək uşaqların valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi və sosial işçi tərəfindən uşağın həftədə bir dəfə monitorinqi həyata keçiriləcək. Bu mərhələ də uğurla başa çatdıqdan sonra nəticə əsasında övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu barədə məhkəmə rəyi təqdim edilməlidir. Övladlığa götürülmə məhkəmə tərəfindən təsdiq edildikdən sonra birinci il hər rüb, sonrakı illərdə uşaq yetkinlik yaşına çatanadək ildə bir dəfə uşağın vəziyyətinin monitorinqi aparılacaq".

Qeyd edək ki, noyabrın 1-dən övladlığagötürmə ilə bağlı səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, övladlığagötürmə sahəsində Vahid Elektron Alt sistemi yaradılacaq. 

43
Teqlər:
qaydalar, Azərbaycan, Övladlığa götürmə
Əlaqədar
Nə yoğurdum, nə yapdım... – Artıq hamı övlad sahibi ola biləcək

Vladimir Putin azərbaycanlıları mükafatlandırdı

4
(Yenilənib 21:24 16.05.2021)
Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimləri təltif olunublar.

BAKI, 16 may - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimlərini təltif edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Trend yazır.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Puşkin medalına, teatrın baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski "Dostluq" ordeninə layiq görülüb.

2020-ci ildə Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev də Vladimir Putinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdu. 

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının əməkdaşlarının orden və medallarla təltif olunması, eləcə də onlara mədəniyyət sahəsində fəxri adların verilməsi barədə sərəncam imzalamışdı.

4
Teqlər:
Rus Dram Teatrı, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, təltif, Vladimir Putin
piano

Balaca pianoçu beynəlxalq müsabiqənin laureatı olub

3
(Yenilənib 19:31 16.05.2021)
Balaca pianoçu Balis Dvarionasın "Prelüdiya"sını ifa edərək laureat adına layiq görülüb. Münsiflər heyəti şagirdlə yanaşı, onu hazırlayan müəllimin peşəkarlığını yüksək qiymətləndirərək Lalə Useynovaya təşəkkür diplomu ünvanlayıb.

BAKI, 16 may — Sputnik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Nuray Manafova İtaliyanın Roma şəhərində keçirilən "Star of the Rome" (Romanın ulduzu) beynəlxalq müsabiqəsində uğurla iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, balaca pianoçu Balis Dvarionasın "Prelüdiya"sını ifa edərək laureat adına layiq görülüb.

Münsiflər heyəti şagirdlə yanaşı, onu hazırlayan müəllimin peşəkarlığını yüksək qiymətləndirərək Lalə Useynovaya təşəkkür diplomu ünvanlayıb.

Eləcə də oxuyun: 

Dünyaca məşhur müsabiqədə Azərbaycanı təmsil edəcək müğənninin adı açıqlanıb

* Arslan Növrəsli: Uşaqlar yaşıdları ilə oynayanda, biz zamanımızı musiqiyə həsr edirdik

Şəhid polkovnikin pianoda ifası hər kəsi kövrəltdi - VİDEO

3
Teqlər:
azərbaycanlı, müsabiqə, piano