CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdədə qazın verilməsində fasilə ciddi problemlər yaradıb

© Sputnik / Anar MustafayevQaz ventili, arxiv şəkli
Qaz ventili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Çörək və maye qaza görə növbələr yaranıb

Musa Muradlı , Sputnik Aqzərbaycan

BAKI, 31 iyul — Sputnik. İyulun 30-da saat 9-dan etibarən bir sıra rayonlarda, o cümlədən Bərdədə qazın nəqli dayandırılıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə mavi yanacağın müvəqqəti dayandırılması əlavə çətinliklərin ortaya çıxmasına səbəb olub.

© Sputnik / Musa MuradliBərdədə yanacaq doldurma məntəqəsi
Bərdədə qazın verilməsində fasilə ciddi problemlər yaradıb - Sputnik Azərbaycan
Bərdədə yanacaq doldurma məntəqəsi

Belə ki, Bərdə rayonunda çörək dükanları müştəriləri tam təmin edə bilməyib. Çörək almaq istəyənlər mağazaların qarşısında növbəyə durub gözləməli olublar. Bəzi hallarda isə insanlar evə əliboş qayıtmalı olublar.

© Sputnik / Musa MuradliBərdə-Çörək ASC-nin binası
Bərdədə qazın verilməsində fasilə ciddi problemlər yaradıb - Sputnik Azərbaycan
Bərdə-Çörək ASC-nin binası

Bərdə-Çörək ASC-nin əməkdaşı Şahin Məmmədov bildirib ki, çörəyin qıtlaşması qazın olmaması ilə əlaqədardır: “Dünən səhər saat 9:00- dan dayandırılan qaz hələ buraxılmayıb. Xırda çörəkbişirmə sexləri işləmir, qazla işləyən təndirxanalar da dayanıb. Evlərdə də buna hazır deyildilər. Qaz yanacaqdoldurma məntəqələrində də sıxlıq yaranıb. Biz imkanlarımızı səfərbər edərək, həm hərbi hissələri, həmdə rayon əhalisini dayanmadan çörəklə təmin edirik. Hələ ki istehsal prosesimiz dayanmadan davam edir. Çalışacağıq ki, heç kim çörəksiz qalmasın. Ancaq əhali də bizi başa düşməlidir. 2 çörəyə  ehtiyacı  olanlar panikaya düşüb 6, hətta 8 ədəd çörək alırlar. Şəhərə yaxın olan Gərənə kəndinə  qazın verilməsi bərpa  olunub. Yaxın vaxtlarda Bərdənin özündə də qaz verilməsi  bərpa olunacaq”.

Qeyd edək ki, yanacaqdoldurma məntəqələrində də maye qazın satışında növbələr müşahidə olunub.

Xəbər lenti
0