CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbə getmək ümidi ilə - Sputnik Azərbaycan-ın yeni sosial aksiyası

© Sputnik / Konstantin ChalabДевочка собирается в школу, фото из архива
Девочка собирается в школу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, demək olar ki, hər gün anasından soruşur: “Mən həqiqətən məktəbə gedəcəyəm?”

BAKI, 31 iyul — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu “Məktəbə getmək ümidi ilə” xeyriyyə layihəsini həyata keçirmək təşəbbüsü irəli sürür. Bu layihə çərçivəsində aztəminatlı ailələrin uşaqlarını zəruri olan bütün məktəb ləvazimatları ilə təmin etmək planlaşdırılır.

Belə ailələrdən biri də iki uşağını – 6 yaşlı qızı Fəridəni və 2 yaşlı oğlu Yusifi böyüdüb tərbiyə edən tənha ana Səfurə Məmmədovanın ailəsidir. 

Murad - Sputnik Azərbaycan
Milyonları təsirləndirən Muradın məsum diləyi: "Televizora sevindim, amma..." - REPORTAJ

32 yaşlı Səfurə böyük təəssüf hissi ilə bildirir ki, o, təhsil ala, bu səbəbdən də hər hansı peşəyə yiyələnə bilməyib. Səfurənin uşaqlarının atası onunla rəsmi nikaha girməkdən imtina edib, bir müddət sonra isə ikinci uşağa hamilə olan gənc qadını ataraq tamamilə çıxıb gedib. Əvvəllər Səfurəyə ixtisasca müəllim olan anası kömək edib. O, aldığı maaşı qızının ailəsi ilə bölüşüb. Lakin günlərin birində bədbəxt hadisə nəticəsində onun ayağı qırılıb və qadın işə getmək imkanından məhrum olub. Bu gün ailə yalnız mərhəmətli insanların köməyi hesabına dolanır.

Bu gün hər iki qadın və iki uşaq Səfurənin atasından qalmış köhnə, kiçik ikiotaqlı evdə yaşayır. Təəssüf ki, ona etibarlı sığınacaq deməyə adamın dili gəlmir. Evin tavana qədər çökmüş damı ən narın yağışı belə keçirir, bu səbəbdən də çılpaq divarları (orada hətta divar kağızı belə dayanmır) təmizlənməsi mümkün olmayan kiflə örtülüb.

Evdə daim nəmişlik hökm sürür, naqillərin sıradan çıxması səbəbindən otaqların birində işıq ümumiyyətlə yanmır, digərində isə tez-tez sıradan çıxır. Bununla yanaşı, elektrik ailənin yeganə işıq və istilik mənbəyidir, çünki evdə qaz yoxdur. Evin döşəməsi nəhəng dəlmə-deşiklərlə doludur. Səfurə onları köhnə əskilərlə tutmağa çalışsa da, bu, siçovulların vaxtaşırı evə soxulmasına və uşaqları qorxutmasına mane olmur. Təmir üçün kimdənsə pul istəməyə (damın və döşəmənin təmirinə ən azı 5 min manat lazımdır) Səfurənin vicdanı yol vermir.

“Elə adamlar var ki, onların müalicəyə ehtiyacı var və 5 min manat onlar üçün həyat deməkdir, mən təmir üçün bu qədər pulu necə istəyə bilərəm?” – o deyir.

Eyni zamanda, yaxın vaxtlarda birinci sinfə gedəcək balaca Fəridə səbirsizliklə məktəbdə dərslərin başlanacağı günü gözləyir.

O, həvəslə özünün məktəbə hazırlıq müəllimindən danışır, məmnuniyyətlə oxuduğu kitabları göstərir.

Qızı onun balaca dünyası üçün əlçatmaz olan bir şey qüssələndirir – onun məktəb təhsili üçün zəruri olan ləvazimatlardan, demək olar ki, heç nəyi yoxdur.

Qızla yanaşı, onun qardaşının da geyimi və ayaqqabısı yoxdur. Fəridənin ən böyük qorxusu məktəbə gedə bilməməkdir. Son üç ayda qız məktəbə hazırlığa gedə bilməyib, çünki onun ailəsinin yolpulusu olmayıb. Və bu gün o, demək olar ki, hər gün anasından soruşur: “Mən həqiqətən məktəbə gedəcəyəm?”

Xəbər lenti
0