CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yerin altında parlayan "ulduz"lar - Küçə sənətçiləri yeni qərarı necə qarşılayır?

© Sputnik / Zulfiya GuluyevaDənizkənarı Bulvara çıxışı olan keçiddə fəaliyyət göstərən küçə sənətçiləri
Dənizkənarı Bulvara çıxışı olan keçiddə fəaliyyət göstərən küçə sənətçiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Turalla Əjdər küçə sənətçilərinə paytaxt küçələrində fəaliyyət üçün şəraitin yaradılmasını müsbət qiymətləndirirlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Yaxın vaxtlarda Bakı küçələrində Moskva, İstanbul, Nyu-York, Paris, Tbilisi kimi iri şəhərlərin küçələri kimi şən ab-hava hökm sürəcək. Artıq Azərbaycanda Dövlət Turizm Agentliyi "küçə sənətçiləri"nin fəaliyyətinə icazə verən layihəyə start verib. Bu layihə çərçivəsində Agentlik aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara və digər yaradıcı şəxslərə öz istedadlarını küçələrdə nümayiş etdirmək üçün lazımi şərait yaradacaq. Qısası, bundan sonra Bakının Nizami küçəsi, İçərişəhər və Dənizkənarı Bulvar kimi ərazilərində küçədə rəqs edən rəqqaslara, mahnı oxuyan musiqiçilərə, şəkil çəkən rəssamlara, hətta min oyundan çıxaraq sehirbazlıq göstərənlərə rast gələ bilərsiniz. Sputnik Azərbaycan-ın əməkdaşı Bakı küçələrində küçə sənətçilərinin fəaliyyətinin hazırki durumunu araşdırmaq məqsədilə yolunu paytaxtın mərkəzi küçələrindən salıb. Amma küçə sənətçilərini ancaq Dənizkənarı Bulvara çıxışı olan keçiddə tapa bilib. Yayın qorabişirən istisində açıq havanı qoyub yeraltı keçiddə fəaliyyət göstərməkləri əvvəlcə təəccüblü gəlsə də, səbəbini özlərinin dilindən eşitdikdən sonra hər şey aydın olur...

© Sputnik / Zulfiya GuluyevaTural Süleymanov və Əjdər Əjdərli
Yerin altında parlayan ulduzlar - Küçə sənətçiləri yeni qərarı necə qarşılayır? - Sputnik Azərbaycan
Tural Süleymanov və Əjdər Əjdərli

Əvvəlcə milli musiqi alətimiz olan tarda ifası ilə gəlib-gedənləri təəccübləndirən gəncə yaxınlaşırıq. Gəlişimizin səbəbini öyrənən kimi tərəddüd etmədən müsahibə verməyə razı olur. Onunla söhbət zamanı öyrənirik ki, Tural Süleymanovun 23 yaşı var. Bir ildən çoxdur ki, bu yeraltı keçiddə tar ifa edir. Əslən Borçalı mahalından olan Tural küçədə fəaliyyət göstərsə də, musiqi təhsili olduğunu söyləyir. Onun sözlərinə görə, tar ifa etməyi təhsil aldığı keçmiş Şuşa Musiqi Kollecində indiki Şuşa Humanitar Kollecində öyrənib. Tural deyir ki, küçədə fəaliyyət göstərsə də, ifası bəyənilir. Keçiddən keçənlər arasında onun ifasını dinləmək üçün ayaq saxlayanlar az deyil. Özünün dediyinə görə, elə yaxşı sənətkarlar da küçədə yetişir. Turalla söhbət zamanı öyrənirik ki, gündəlik qazancı 5-10 manat civarındadır: "Bu pul məni hələki qane edir. İstədiyim vaxt gəlib burada tarda ifa edirəm. İş rejimim sərbəstdir. İnsanlardan özümüzə qarşı diqqət görürəm. Elələri olur ki, ayaq saxlayıb ifamızı dinləyir. Bu insana zövq verir".

Tural dinləyənlər arasında turistlərin üstünlük təşkil etdiyini söyləyir. Onun sözlərinə görə, tarda ifanı bəyənənlərin çoxu ərəb turistlərdir.

Turalla yanaşı fəaliyyət göstərən Əjdər Əjdərlinin isə 20 yaşı var. Onun sözlərinə görə, Tural tarda, o isə gitarada ifa edir: "Tarla-gitaranı sintez edirik. Bu daha çox bəyənilir".

© Sputnik / Zulfiya GuluyevaƏjdər Əjdərli
Yerin altında parlayan ulduzlar - Küçə sənətçiləri yeni qərarı necə qarşılayır? - Sputnik Azərbaycan
Əjdər Əjdərli

Əjdər gitarada ifa etməyi elə küçədə öyrəndiyini söyləyir. Onun sözlərinə görə, indiyədək Sumqayıtda küçədə gitara ifa etməklə məşğul olub: "Elə indi də əsas Sumqayıtda fəaliyyət göstərirəm. Ara-sıra Turalla burada görüşüb tarla-gitaranı sintez edirik. Günü-gündən repertuarımızı genişləndiririk ki, dinləyicilərimizi yormayaq".

Turalla Əjdər küçə sənətçilərinə paytaxt küçələrində fəaliyyət üçün şəraitin yaradılmasını müsbət qiymətləndirirlər. Onlar küçə sənətçilərinin fəaliyyəti genişləndikcə bu işlə məşğul olmaq arzusunda olanların sayının artacağını söyləyirlər. Əjdər deyir ki, yeni qərar gənclərin öz istedadlarını nümayiş etdirməsinə imkan yaradacaq: "Elə gənclər var ki, istedadları var. Amma bəzən küçədə öz istedadlarını nümayiş etdirməkdən çəkinirlər. Burada utanmalı bir şey yoxdur. Biz istedadımızla pul qazanırıq. Xarici ölkələrdə buna çox normal baxırlar. Düşünürəm ki, bizdə də küçədə öz istedadlarını nümayiş etdirənlərin sayı artdıqca buna maraq da artacaq".

Elə bu dəm söhbətimizə əlində gitara olan daha bir gənc qoşulur. Əkbər Əsgərov da vaxtı olduqca bu keçiddə gitara ifa edir. Musiqi təhsili olmasa da, gitarada yaxşı ifa etdiyini söyləyən Əkbərin həm də tələbə olduğunu öyrənirik. Texniki universitetdə təhsil alan 20 yaşlı Əkbər musiqinin ruha qida olduğunu, gitarada ifa etdikcə həm özünün, həmçinin də dinləyicilərin ruhunu oxşadığını söyləyir: "Musiqiyə bağlandınsa, ayrılmaq olmur. Mən gitarada ifa etməyi elə küçədə öyrənmişəm. Vaxtım olduqca gəlib burada ifa edirəm".

© Sputnik / Zulfiya GuluyevaDənizkənarı Bulvara çıxışı olan keçiddə fəaliyyət göstərən küçə sənətçiləri
Dənizkənarı Bulvara çıxışı olan keçiddə fəaliyyət göstərən küçə sənətçiləri - Sputnik Azərbaycan
1/3
Dənizkənarı Bulvara çıxışı olan keçiddə fəaliyyət göstərən küçə sənətçiləri
© Sputnik / Zulfiya GuluyevaDənizkənarı Bulvara çıxışı olan keçiddə fəaliyyət göstərən küçə sənətçiləri
Dənizkənarı Bulvara çıxışı olan keçiddə fəaliyyət göstərən küçə sənətçiləri - Sputnik Azərbaycan
2/3

3/3

Əkbər də küçə sənətçilərinə fəaliyyət üçün icazələrin verilməsi barədə qərarı alqışlayır. Onun sözlərinə görə, indi də onların fəaliyyətinə mane olan yoxdur: "Biz zərərsiz insanlarıq. Ümumiyyətlə, musiqi ilə məşğul olan insanlardan inanmıram ki, kiməsə zərər dəysin. Biz burada əyləşib gitara ifa edirik. Marağı olanlar ayaq saxlayıb dinləyir, öz diqqətini ifadə edir".

O ki qaldı isti havada açıq havanı qoyub yeraltı keçiddə fəaliyyət göstərməklərinə, gənclər açıq havada akustikanın pozulduğunu, səs-küyün musiqi ifa etməyə çətinlik yaratdığını söyləyirlər. Odur ki, keçiddə hava bürkülü olsa da, burada ifa etməyə üstünlük verdiklərini söyləyirlər. Sözsüz ki, dayandıqları yerin gedişli-gəlişli olması da, onları burada fəaliyyət göstərməyə həvəsləndirir. Gənclər açıq havada, küçədə fəaliyyət göstərmək üçün onlara səsgücləndiricilərdən istifadə etməyə icazə verilmədiyini, sakinlərə narahatlıq yaratmamaq üçün bu bürkülü keçidə üstünlük verdiklərini söylədilər... Biz isə onların bu gözəl ifasının yerin altından əks-səda verərək günəşli Bakı küçələrinə çıxması arzusu ilə sağollaşıb ayrılıq...

Xəbər lenti
0