CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəzaya uğrayan təyyarəmizin axtarışına xaricilər cəlb olundu

© AR Ministry of DefenseQəzaya uğramış hərbi təyyarənin axtarışlarına xarici mütəxəssislər və müasir avadanlıqlar cəlb olunub
Qəzaya uğramış hərbi təyyarənin axtarışlarına xarici mütəxəssislər və müasir avadanlıqlar cəlb olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza baş verən andan bu günədək küləkli əlverişsiz hava şəraiti davam edir

BAKI, 30 iyul — Sputnik. İyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.

© AR Ministry of DefenseQəzaya uğramış hərbi təyyarənin axtarışlarına xarici mütəxəssislər və müasir avadanlıqlar cəlb olunub
Qəzaya uğrayan təyyarəmizin axtarışına xaricilər cəlb olundu - Sputnik Azərbaycan
Qəzaya uğramış hərbi təyyarənin axtarışlarına xarici mütəxəssislər və müasir avadanlıqlar cəlb olunub

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyə Respublikasının aidiyyəti qurumlarına da müraciət olunub və yaxın zamanda onların mütəxəssislərinin ölkəmizə gəlməsi gözlənilir.

Eyni zamanda həyata keçirilən əməliyyatın əhatə sahəsi genişləndirilərək ölkəmizin aidiyyəti qurumlarının xeyli sayda gəmi, kater və aviasiya vasitələri də axtarışlarda daim iştirak edirlər.

Qeyd edək ki, qəza baş verən andan bu günədək davam edən küləkli əlverişsiz hava şəraitinə baxmayaraq Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiyanın rəhbərliyi altında axtarış əməliyyatları hazırda da intensiv aparılır.

Xəbər lenti
0