CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnanılmaz statistika: Kənddə hər beşinci körpə nikahsız doğulur

© Pexels freestocks.orgKörpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cəhalətin yeni bəlası: Azərbaycanda uşaqlar nikahsız doğulur

BAKI, 30 iyul — Sputnik. 2017-ci ildə kənd yerlərində hər 5-ci uşaq, şəhər yerlərində isə hər 8-ci uşaq rəsmi nikah olmadan doğulub. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda məlumat Bakı Araşdırmalar İnstitutunun (BAİ) 2008-2017-ci illərdə ölkənin şəhər və kənd yerlərində rəsmi nikahsız doğulan uşaqların payının dəyişməsi ilə bağlı yayımladığı infoqrafikada yer alıb.

Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova - Sputnik Azərbaycan
SƏHİYYƏ
Altı ana və səkkiz körpə nədən ölüb: Baş ginekoloq səbəbləri açıqladı

2008-2017-ci illərdə kənd yerlərində rəsmi nikah olmadan doğulan uşaqların payı 11,7%-dən 19,6%-ə artıb, şəhər yerlərində isə 12,5%-dən 11,8%-ə azalıb. Belə ki, son 10 illik göstəricilərə əsasən şəhər yerlərində rəsmi nikah olmadan doğulan uşaqların sayı 11,7% azaldığı halda, kənd yerlərində bu rəqəm 59,5% yüksəlib.

Ekspert Samir Əliyev qeyd edib ki, ötən əsrin 70-ci, 80-ci, 90-cı illərində rəsmi nikah olmadan doğulan uşaqların payı 3-4%-dən çox olmayıb: "Yəni hər doğulan 100 körpənin 3-4-ü nikahsız idi. İndi bu rəqəm 15-16%-ə yüksəlib. Kənd yerlərində hətta vəziyyət daha qəlizdir. Səbəb nədir? Sovet dövrü insanlarımız qanuna daha çox əməl edirdilər, yoxsa o vaxt statistika daha çox saxtalaşdırılırdı? Bəlkə sovet vaxtı molla kəbininə az önəm verilirdi? Bəlkə şəhərdə təhsil daha güclüdür və ya ASAN xidməti var? Hər bir halda suallar çoxdur. Reallıq odur ki, kənd yerlərində hər 5-ci körpə nikahsız doğulur. Vəziyyətin bu həddə gəlib çatmasına çox təəssüf edirəm. Bunun, məncə, bircə yolu var - yüksək təhsil. Əks halda, cəmiyyət olaraq uzun müddət bu tip halların ağır fəsadlarını yaşayacağıq".

Xəbər lenti
0