Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı

Azərbaycanda ilk dəfə keçirilən festival üz ağartdı

127
(Yenilənib 14:24 29.07.2019)
Qonaqlar arasında Körfəz ölkələrindən gələn turistlər, Rusiya, Türkiyə və digər ölkələrdən olan əcnəbilər vardı

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Gədəbəydə keçirilən Milli Yaylaq Festivalına 20 mindən çox qonaq qatılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Cavadxan" Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, Milli Yaylaq Festivalının ideya və layihə rəhbəri Müzadil Həsənov məlumat verib. O bildirib ki, ilk dəfə keçirilən festivala maraq böyük olub. M. Həsənov qeyd edib ki, Festivalın keçirildiyi günlərdə Gədəbəy Miskinli yaylağına doğru 10 mindən çox avtomobil hərəkət edib. M. Həsənovun sözlərinə görə, tədbirdə xarici qonaqlar da iştirak ediblər: "Milli Yaylaq Festivalını izləmək üçün bir sıra ölkələrdən qonaqlar təşrif buyurmuşdular. Onların arasında Körfəz ölkələrindən gələn turistlər, Rusiya, Türkiyə və digər ölkələrdən olan əcnəbilər vardı. Turizm şirkətləri vasitəsilə də xeyli sayda turist gəlmişdi".

1 / 6
Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı

Xatırladaq ki, Gədəbəy rayonunun Miskinli yaylağında 3 gün davam edən Milli Yaylaq Festivalı iyulun 28-də başa çatıb. M. Həsənov bildirib ki, festivalın sonuncu günündə "yorğa at", "nərd", "oxatma", "çaparaq at", "qurşaq", "masa qol güləşi", "kəndirdartma" yarışları keçirilib. Həmçinin pəhləvanlar öz məharətlərini nümayiş etdiriblər. Gəncə Dövlət Dram Teatrının aktyorları milli adənt-ənənələri əks etdirən səhnəciklər göstəriblər. Bundan başqa, festivalda Gəncə Dövlət Flarmoniyasının "Göygöl" rəqs ansamblı musiqi nömrələrilə çıxış edib. Respublikanın bir neçə rayonlarından olan incəsənət xadimləri də rəngarəng musiqi parçaları ifa ediblər. Bağlanış mərasimi konsert proqramı ilə yekunlaşıb.

Məlumat üçün qeyd edək ki, festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), "Cavadxan" Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə təşkil edilən festivalda 16 ölkədən nümayəndələr iştirak ediblər.

127
Koronavirus testi, arxiv şəkli

Ön cəbhəyə yollanan hərbçilər COVID-19 testindən keçirilir?

11
(Yenilənib 00:19 23.10.2020)
Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

BAKI, 22 oktyabr — Sputnik. "Bu gün Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu AzTV-nin efirində yayımlanan "Gün başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki, cəbhəyə yollanan şəxslər arasında COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb:

"Çağırışçılar, ön cəbhəyə gedən hər bir kəs sağlam olmalıdır. Çünki bu, çox ciddi məsələdir. Odur ki, bu istiqamətdə Nazirlik tərəfindən yoxlamalar gücləndirilib".

P.Abubəkirov onu da qeyd edib ki, hər ana öz övladını yola salarkən bağrına basmaq, qucaqlamaq istəyir, lakin mümkün qədər bu normalara riayət etmək lazımdır.

11
E-Təbib tətbiqi

TƏBİB-dən xəstələrə antibiotiklərlə bağlı xəbərdarlıq

13
(Yenilənib 22:59 22.10.2020)
"Xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər" - TƏBİB.

BAKI, 22 oktyabr — Sputnik. Bəzən koronavirusa yoluxan gənc insanlarda da ağırlaşmalar ola bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib. Onun sözlərinə görə, sağlamlıq vəziyyəti normal olan 82 yaşlı insanların da koronavirusdan sağalması mümkün olub:

"Amma hər hansı gəncin xroniki xəstəliyi varsa və başqa ağırlaşmalar qeydə alınarsa, onun səhhətində daha ciddi ağırlaşmalar baş verə bilər".

N.Mürsəlova qeyd edib ki, gənc insanlar arasında ağırlaşmalar müraciətin gec edilməsi səbəbindən baş verir.

İnsanları özünümüalicədən də uzaqlaşmağı məsləhət görən N.Mürsəlova deyib ki, xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər: "Bu zaman isə xəstənin vəziyyətində yaxşılaşma deyil, əksinə pisləşmə baş verir. Bu halda da xəstəxanaya düşən xəstəyə reanimasion yardım lazım olur".

13
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"