“Tufan” tipli sərhəd gözətçi gəmisi

Xəzər gəmini uddu, "Tufan" həyat qurtardı

219
(Yenilənib 16:44 26.07.2019)
Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən "Tufan" tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib

BAKI, 26 iyul — Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) İran gəmisinin Xəzərdə batması ilə bağlı məlumat yayıb. 

DSX-nin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün saat 14:15-də xidmətin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən "Tufan" tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

219
Əlaqədar
İran gəmisi Lənkəran yaxınlığında qəzaya uğrayıb
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

0
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

0
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat
BDU

BDU-dan qovulan tələbə universitetə bərpa olundu

7
(Yenilənib 12:54 01.12.2020)
"Universitetdən qovmaqla biz onu tamamilə itirəcəkdik, lakin, yeni qərarla biz bir gəncimizi, bir vətəndaşımızı qazanmış olduq"

BAKI, 1 dekabr — Sputnik. Onlayn dərs zamanı dövlət bayrağını başına keçirib rəqs etdiyi üçün Bakı Dövlət Universitetindən qovulan I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov məlumat verib: "Universitet rəhbərliyinin addımını təqdir edirəm. Əminəm ki, həmin gənc günahını artıq anlayıb. Universitetdən qovmaqla biz onu tamamilə itirəcəkdik, lakin, yeni qərarla biz bir gəncimizi, bir vətəndaşımızı qazanmış olduq. Doğru və humanist qərarına görə BDU-nun rəhbərliyinə təşəkkürümü bildirirəm".

7
Teqlər:
bərpa, tələbə, BDU