Bakı yolları, arxiv şəkli

Paytaxtda bağlanacaq yolların siyahısı açıqlandı

21
(Yenilənib 12:20 25.07.2019)
Bu gün səhər saat 9:00-dan başlayaraq 13:00-dək və 16:00-dan 20:00-dək bəzi yollarda bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək

BAKI, 25 iyul — Sputnik. Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O, qeyd edib ki, bununla əlaqədar olaraq, bu gün səhər saat 9:00-dan başlayaraq 13:00-dək və 16:00-dan 20:00-dək Bakı-Salyan yolunun 14-cü km - Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.

"Şıx qəsəbəsi Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairədən dövr etməklə, şəhərin mərkəzinə doğru hərəkət marşrutu nəzərdə tutulub. Salyan şosesi ilə hərəkət edən velosipedçilər Bibiheybət məscidi - Bakı Su İdman Sarayı - Bayraq Meydanının yanından keçməklə Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermontov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələrindən keçərək, yenidən Bakı-Salyan yolu ilə Şıx qəsəbəsi Velopark istiqamətində dövr edəcəklər", - deyə Əsədov vurğulayıb.

Avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırırıq ki, alternativ yol kimi Bakı–Salyan yolunun 14-cü km-dən üçüncü kənar dairəvi yoldan keçməklə Badamdar qəsəbəsinin küçə və prospektlərindən – Mikayıl Müşviq, Qurd Qapısı dairəsi, Mətbuat prospekti və s., eləcə də Yasamal rayon ərazisinə düşən küçə və prospektlərdən – Z.Bünyadov, Tbilisi, İnşaatçılar və digər yollar üzrə hərəkət müəyyən edilib.

21
Teqlər:
məhdudiyyət, Bakı, yol