Ali Baş Komandanın tapşırığı ilə hərbi hissələrin yoxlanılması davam edir

Zakir Həsənov cəbhədə düşmən mövqelərini izlədi - VİDEO

19
(Yenilənib 11:50 25.07.2019)
Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir Ali Baş Komandanın tapşırıqlarını və qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb

BAKI, 25 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədirlər.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə nazirinə əməliyyat şəraiti barədə məruzə edilib. Sonra general-polkovnik Z.Həsənov bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, düşmənin ön mövqelərini müşahidə edib.

Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir Ali Baş Komandanın tapşırıqlarını və qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb.

Müdafiə naziri bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Sonda nazir çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparıb.

19
Teqlər:
nazir, ordu, cəbhə
Kvas içən şəxs

Diqqət! Bu içkilər artıq çəkiyə səbəb olur

33
Bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

BAKI, 4 avqust — Sputnik. Şirələrin, kvasların və qazlaşdırılmış suların tərkibində çox miqdarda qlükoza var və onlar yüksək qlikemik indeksə malikdir. Bu içkiləri müntəzəm olaraq içmək mədəaltı vəz üçün böyük yük yaradır və artıq çəkiyə səbəb olur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Yekaterina İvannikova "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində deyib.

Bundan əlavə, bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

İvannikova içkilərinə dad qatmaq istəyənlərə suya təzə xiyar, nanə və ya limon əlavə etməyi və belə bir içkidən bir kiloqrama 30 millilitr həcmində istifadə etməyi məsləhət görüb.

33
Fahişə, arxiv şəkli

Məhəbbət bir dənizdi, sən uzaq "Yaşıl ada"...

36
(Yenilənib 23:01 04.08.2020)
Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

BAKI, 4 avqust — Sputnik. Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində işlətdiyi "Yaşıl Ada" adlı kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi aşkar olunub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

36