CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidИстребитель МиГ-29
Истребитель МиГ-29 - Sputnik Azərbaycan
Abunə olmaq
Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir

BAKI, 25 iyul — Sputnik. İyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Азербайджан поднял в небо штурмовики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan qırıcı təyyarələri səmaya qaldırdı - VİDEO

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

Xəbər lenti
0