Afaq Aslan

Afaq Aslan əməliyyat öncəsi sonra - FOTOLAR

1471
(Yenilənib 20:16 24.07.2019)
"Arxanızca danışanlardan soruşun görək; nə vaxt addımlayıb, sizə çatıb, önünüzdə durub üzünüzə danışa biləcəklər?"

BAKI, 24 iyul — Sputnik. Azərbaycanlı müğənni Afaq Aslan estetik əməliyyat olunub. Sputnik Azərbaycan xəbər verir ki. əməliyyat Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində baş tutub. Müğənni öz bu haqda şəxsi Instagram səhifəsində paylaşım edib. Cazibədar vücudunu nümayiş etdirən Afaq Aslan paylaşdığı şəkilə "Arxanızca danışanlardan soruşun görək; nə vaxt addımlayıb, sizə çatıb, önünüzdə durub üzünüzə danışa biləcəklər?

Посмотреть эту публикацию в Instagram

Публикация от A F A Q A S L A N 🧿🦁 (@afaqaslanofficial)

İnsanlar qələm kimidir, hər kəs öz həyatını özü çəkir. Kimisi qırılır, kimisi isə nə çəkdiyini bilmir, kimisi də qələmini itiləyib davam edir" sözlərini əlavə edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от A F A Q A S L A N 🧿🦁 (@afaqaslanofficial)

Qeyd edək ki, müğənni, nə gərək var idi? – sualına "İnsan nə qədər çox göz önündə olursa bir o qədər də qüsursuz görkəmə sahib olmaq arzusuyla yaşayır!" cavabını verib.

1471
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

0
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

0
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

39
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

39
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Milli Məclisin binası, arxiv şəkli

Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb

0
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə millət vəkillərinin və parlament aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə videoçarx hazırlanıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

Həmin videomüraciəti təqdim edirik:

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə