Nikah, arxiv şəkli

Azərbaycanda "sevgililər ayını" niyə sevmirlər?

61
(Yenilənib 20:56 23.07.2019)
Azərbaycanda ən çox nikahın qeydə alındığı aylar açıqlanıb

BAKI, 24 iyul — Sputnik. Azərbaycanda ən çox və ən az nikahın bağlandığı ayların adları açıqlanıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, 2019-cu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 23 684 nikaha daxilolma halları qeydə alınıb. Məlumata görə, digər aylara nisbətən ən çox nikaha daxilolma halı may ayına, ən az nikaha daxilolma halı isə fevral ayına təsadüf edib.

Komitədən bildirilib ki, mayda 5411, fevralda isə 3815 nikah bağlanıb.

61
Teqlər:
fevral, may, ailə, nikah
Şuşa

Mədəniyyət Nazirliyi: Qarabağdakı tarixi abidələr erməni vandalizminin qurbanına çevrilib

9
Təmir-bərpa işləri adı altında ermənilər məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışırlar. Məscidin internet resurslarında yayılmış şəkilləri də bunu təsdiqləyir

BAKI, 29 sentyabr — Sputnik. Mədəniyyət Nazirliyi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarındakı tarixi mədəniyyət abidələrinin dağıdılması ilə bağlı bəyanat yayıb. Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib".

Nazirlikdən bildirilib ki, ermənilər Şuşadakı "Yuxarı Gövhər ağa" məscidinin də tarixini saxtalaşdırmağa çalışırlar:

"Ermənistan tərəfindən işğal olunan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilmişdir. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilibmiş. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi.

Daha sonra həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış "Yuхarı Gövhər ağa" məscidi kimi tanınan həmin bina inşa edilib. Təmir-bərpa işləri adı altında ermənilər məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışırlar. Məscidin internet resurslarında yayılmış şəkilləri də bunu təsdiqləyir".

9
Teqlər:
Mədəniyyət Nazirliyi, mədəni irs, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Sami Yusuf Azərbaycan Ordusuna dəstək verib
Tərtər atəş altında: poçt binasına və xəstəxanaya top mərmiləri düşüb
Hikmət Hacıyev dünyanın aparıcı KİV-lərini Qarabağ döyüşləri barədə məlumatlandırdı
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Hüsənli kəndində Ermənistan ordusunun mərmisi yaşayış evini dağıdıb – VİDEO
Bakıda buludlu hava, arxiv şəkli

Bakıda buludlu olacaq, bölgələrə yağacaq

17
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 30-u, oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir

BAKI, 29 sentyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 15-17, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Sentyabrın 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz 13-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 30-u, oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

17
Teqlər:
hava proqnozu