Yumruq, arxiv şəkli

Sürücülər əlbəyaxa davaya çıxdılar, sahibkar agentliyə çağırıldı

52
(Yenilənib 11:15 22.07.2019)
Avtobusda yer darlıq edib, sürücülər sərnişinləri avtobusdan düşürdərək haqq-hesab çürütməyə gediblər

Zülfiyyə Quliyeva, Sputnik Azərbaycan

BAKI, 22 İyul — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) 202 saylı marşrutda sürücülərin əlbəyaxa davası ilə əlaqədar daşıyıcı şirkətin, "Çinar Trans" MMC-nin rəhbərliyini Agentliyə çağırıb. 

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, hazırda Bakı Nəqliyyat Agentliyində bu məsələ araşdırılır: "Elə 202 saylı marşrutun daşıyıcısı da bu məqsədlə BNA-ya çağırılıb".

Xatırladaq ki, dünən gecə 202 saylı marşrut xətti ilə hərəkət edən 10 TH 413 və 10 TH 401 nömrəli avtobusların sürücüləri Biləcəridə sərnişinlərin gözləri önündə əlbəyaxa davaya çıxıblar. Bu azmış kimi, sərnişinləri avtobusdan düşürdərək haqq-hesab çürütməyə gediblər. Sərnişinlərin məlumatına görə, sürücülər arasında dava avtobusun salonunda olan uşaqları bərk qorxudub. Mais Ağayev məsələ aydınlaşdırıldıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcəyini söyləyib.

52
Teqlər:
dava, sürücü, Bakı, avtobus
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

7
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

7

Təhsil şöbəsinin müdiri iki gündür xəstəxanadadır

40
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 11 avqust - Sputnik. Tərtər RTŞ-nin müdiri Yaşar Məhərrəmov iki gün öncə kəskin ürək çatışmazlığı ilə bağlı xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Yaşar Məhərrəmovun sağlamlıq durumu hazırda kafidir.

Onu da qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib. Ona qədər Tərtər rayon Sarıcalı kənd orta məktəbində direktor işləyib.

Rayon sakinlərinin bildirdiyinə görə, Yaşar Məhərrəmov fəaliyyətə başlayandan sonra Tərtər rayon təhsilində rüşvət kimi neqativ hallar aradan qaldırılıb.

40