CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Son günlərin içməli su problemi ilə bağlı - Açıqlama

Abunə olmaq
Artıq yeni xətlər şəbəkəyə qoşulub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Bakı və Abşeronun bəzi ərazilərdə içməli suyun verilməsində yaranan problem aradan qaldırılıb. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib. O, bildirib ki, 2 gün əvvəl magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırlması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində fasilə yaranmışdır, artıq həmin ərazilərə srağagün gecə saatlarından suyun verilişi bərpa olunub, artıq əvvəlki rejim bərpa edilib.

A. Cəbrayıllı qeyd edib ki, dünən günün ikinci yarısından etidarən Xətai rayonu, Köhnə Günəşli qəsəbəsinin bəzi küçələrində içməli suyun verilişi dayandırlımışdı: "Xətai rayonu, General Mehmandarov küçəsində yeni məkimiş magistral su xəttinini mövcud şəbəkəyə qoşulması işləri aparılırdı. Artıq yeni xətlər şəbəkəyə qoşulub. Bu gün səhər saatlarından +82 Şərq su anbarından həmin istiqamətə suyun verilişi bərpa olunub. Lokal halar istisna olmaqla hazırda Bakı, Sumqayıt şəhərləri və ətraf kənd və qəsəbələrə normal qaydada içməli su verilir".

Xəbər lenti
0