CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəsarət alan turistlərin viza müddəti nə vaxt başa çatır?

© Sputnik / Zulfiyya GuluyevaXəsətəxanada müalicə alan suriyalı xəstələrdən biri
Xəsətəxanada müalicə alan suriyalı xəstələrdən biri - Sputnik Azərbaycan
Abunə olmaq
Turistlərin sağlamlığı onların ölkəmizdən getməsinə imkan verməzsə, müraciət etdikləri halda səhhətlərinin durumu nəzərə alınaraq viza müddətləri 3 ay müddətinə uzadıla bilər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Şəkidə Xan Sarayında  Xan çinarının budaqlarının qırılması nəticəsində xəsarət alan turistlərin Azərbaycanda qalma müddəti avqustun 4-də bitir. Bu barədə Sputnik Azərbaycan-a “City Hospital”ın direktoru Bayram Qorçiyev məlumat verib. O, bildirib ki, turistlər xəstəxanada bir həftə qaldıqdan və səhhətləri yaxşılıqdan sonra qaldıqları otelə yerləşdiriləcəklər: ”Suriya vətəndaşları 1998-ci il təvəllüdlü Sara Al Hasan və anası Samirə Al Hasan əməliyyat olunublar. Hazırda da vəziyyətləri normaldır. Onlar beş-altı günə qaldıqları otelə buraxılacaqlar. Onların Azərbaycanda qalmaq üçün viza müddəti avqustun 4-də bitir”.

Dövlət Miqrasiya Xidmətindən isə Sputnik Azərbaycan-bildirilib ki, turistlərin sağlamlığı onların ölkəmizdən getməsinə imkan verməzsə, müraciət etdikləri halda səhhətlərinin durumu nəzərə alınaraq viza müddətləri 3 ay müddətinə uzadıla bilər.

Xəbər lenti
0