CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn həftə polis gücləndirilmiş iş rejimində çalışacaq

© Sputnik / Murad OrujovПолицейские машины в Баку
Полицейские машины в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
İctimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədilə daxili işlər orqanlarının əməkdaşları yarış keçirilən müddətdə gücləndirilmiş iş rejimində çalışacaq.

BAKI, 17 iyul — Sputnik. İyulun 21-dən 27-dək Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Пресс-конференция на тему Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı polisindən sərrast bumeranq effekti - şikayətlər görün necə həll olur

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yarışlarda iştirakçıların və qonaqların, tamaşaçıların təhlükəsizliyi baxımından müvafiq tədbirlər görülüb. İctimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları yarış keçirilən müddətdə gücləndirilmiş iş rejimində çalışacaq.

Təhlükəsizliyin təmini məqsədi ilə yarışların keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yaradan hər bir cihaz, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, video çəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır.

Xəbər lenti
0