CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Güzəştli mənzil" istəyənlərin bir gün vaxtı qaldı

© MİDAYasamal yaşayış kompleksi
Yasamal yaşayış kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
"Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olan vətəndaşların sayı 11518 nəfər, 253 mənzilin seçimində iştirak edənlərin sayı 1906 nəfər olub

BAKI, 16 iyul — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda edilmiş dəyişikliklərə uyğun olaraq ilk dəfə 12 iyul 2019-cu il tarixində güzəştli mənzillərin öz vəsaiti hesabına, 14 iyul 2019-cu il tarixində isə gözləmə qaydasında seçimi həyata keçirilib.

Yasamal yaşayış kompleksi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sabah güzəştli mənzillərin satışı başlayır, əldən buraxmayın

Sputnik Azərbaycan MİDA-nın məlumatına istinadla xəbər verir ki, mənzillərin seçimi "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

12.07.2019-cu il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binalarında 10 mənzilin, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi qısa müddətdə başa çatmışdır. Bu mənzillərdən 43-ü 1 otaqlı, 146-sı 2 otaqlı, 64-ü isə 3 otaqlıdır. "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olan vətəndaşların sayı 11518 nəfər, 253 mənzilin seçimində iştirak edənlərin sayı 1906 nəfər olub.

Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üstünlük təşkil edirlər.

Seçimin nəticələri barədə statistik məlumatlarla daha ətraflı buradan tanış ola bilərsiniz.

https://mida.gov.az/az/statistics/statistics_9/

https://mida.gov.az/az/statistics/statistics_10/

Astara rayonun Kijəbə qəsəbəsində torpaq sürüşməsinin fəsadları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident qərar verdi – Evi dağılanlara bina tikiləcək

14 iyul 2019-cu il tarixində gözləmə qaydasında iştirak edən 663 istifadəçidən 435-i mənzil seçimini uğurla başa çatdırıb. Qaydaya əsasən, satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Gözləmə qaydasında mənzillərin seçimi 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində qalan 827 mənzil bu ilin sonunadək həm güzəştli ipoteka krediti, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışa çıxarılacaq. Yaxın vaxtlarda mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

Xəbər lenti
0