Nicat Nəsirli kənd təsərrüfatı məhsullarının sərgisində

İqlim dəyişikliyi Azərbaycanı da "vurdu": insanlar üzərində stres amili güclənib

62
(Yenilənib 17:53 16.07.2019)
Ekspert: "Həyat ritmi pozulub, insanlar adaptasiya oluna bilmirlər"

BAKI, 16 iyul — Sputnik. "2019-cu ilin təsərrüfat mövsümü qlobal iqlim dəyişiklikləri ilə müşahidə olunur. İlkin yazda aramsız yağıntılar tumlu meyvə bağlarında ağacların mayalanmasına mənfi təsir göstərərək potensial məhsuldarlığı aşağı salıb, iyunun sonu - iyulun əvvələrindən başlayaraq isə açıq sahə tərəvəzçiliyində istehsal tsiklinin ləngiməsinə yol açıb”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, adətən iyunun sonu istixana təsərrüfatları istehsal dövrünü başa çatdırır, iyulun əvvəllərindən əhali açıq sahədən gələn ucuz məhsullarla qış tədarükünə başlayırdı: “Lakin göründüyü kimi, iyulun birinci yarısını başa vursaq da, məhsulların yetişməsi üçün tələb olunan orta temperatur əmsalının formalaşmaması nəticəsində məhsullar sahədə yetişmir. Arxada qoyduğumuz son iki gündə - istirahət günlərində əsl payız havası yaşadıq, Abşeron yarımadasında havalar küləkli, sərin keçsə də, regionlarda güclü yağışlarla müşayiət olundu”.

Onun sözlərinə görə, havaların gah isinib, gah soyuması bitkilərlə yanaşı, insanlar üzərində də stres amilini gücləndirir:

“Son günlər hamı bir-birindən havaların niyə soyumasını soruşur, həyat ritmi pozulub, insanlar adaptasiya oluna bilmirlər. Avropadakı bir sıra sosial-iqtisadi araşdırma mərkəzləri bu amili vurğulayaraq iqlim dəyişmələrinin təsərrüfat əhəmiyyətini mənfi qiymətləndirir”.

Ekspert deyib ki, Avropa Meyvə-Tərəvəz İstehsalçıları Assosiasiyası olan "Ardo"nun məlumatına görə, artıq üç ildir ki, qitə qışda quraqlıq, yayda isə qeyri-sabit hava şəraitindən əziyyət çəkir: “Qitənin əsas tərəvəzçilik regionlarında atmosfer çöküntülərinin normadan aşağı düşməsi nəticəsində havada nəmlik defisiti yaranıb. Bunun əksinə, Avropanın bəzi hissələrində şiddətli yağışlar, dolu səbəbi ilə kənd təsərrüfatının bütün sahələrində məhsuldarlığa ciddi ziyan dəyib, iyul ayı isə quraqlıqla başlayıb.

Bu il qış fəsli təqvimə "tabe olmayıb", xeyli uzun çəkib, yaz isə quraqlıqla başlayıb və bu, bölgələrdə təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib. Bitkilərdə abiotik amillərin təsiri ilə qeyri-adaptasiya əlamətləri müşayiət olunur”.

"Kəskin istilər nəticəsində ildən-ilə havada buxarlanmanın səviyyəsi artır, yeraltı su resursları tükəndiyi üçün istehsalın təbii dövriliyində fasilələr yaranır. Hesablamalara görə, 2050-ci ilə qədər qlobal iqlim dəyişiklikləri ildə 2 dərəcə istilik temperaturunun yüksəlməsi, paralel olaraq yağıntıların artması ilə müşayiət olunacaq. Günəşli günlərin sayı isə (Azərbaycanda 325 gündür) il ərzində 65 faiz həddinə düşəcək", - deyə o yazıb.

62

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

3
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

3
“Miss Azərbaycan-2019” titulunun sahibi Səmra Hüseynova, arxiv şəkli

“Miss Azərbaycan”la tanış olmağın çox asan yolu varmış zərfin içində...

41
Səmra Hüseynova onun şəxsi həyatı ilə maraqlanan, hətta canlı tanış olmaq istəyən izləyicilərinə cavab verib

BAKI, 3 avqust — Sputnik. “Miss Azərbaycan-2019” titulunun sahibi Səmra Hüseynova sosial şəbəkə istifadəçilərini onların suallarına verdiyi cavablarla şok edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Səmra onunla necə tanış olmağın asan yolunu da deyib.

Model Instagram-dakı izləyicilərinin suallarına cavab vermək qərarına gəlib. Sualların çoxu isə onun şəxsi həyatına aid olub. Bir çoxları onunla tanış olmaq arzularını dilə gətiriblər, Səmra isə deyib ki, bunun üçün içində pul olan zərf və yaxud da brilyant hədiyyə eləmək yetər.

Qiz deyib ki, dörd aydır ki, karantin ucbatından pul qazana bilmir.

Səmra Hüseynova on ilə yaxındır ki, model biznesindədir, bir çox beynəlxalq və yerli dəb layihələrində, məşhur dizaynerlərin defilelərində iştirak edib. Uzun müddət xaricdə işləyib.

2019-cu ildə “Miss Azərbaycan” titulunu qazanıb. Hüseynova azərbaycanlı həmkarlarından açıq-saçıq layihələrdə iştiraka hazır olmasıyla seçilir.

41
Əlaqədar
“Miss Azərbaycan” model biznesindən əl çəkib məşhurluq üçün Türkiyəni seçdi
Azərbaycanın ən gözəl qızı karantinin pozduğu planını İstanbulda reallaşdırdı
Azərbaycanlı model ABŞ-ın ən “ulduzlu” evinə köçməyə hazırlaşır
Kamilla Zərbəliyeva: "Qabağımda soyunmaq istəyənlər çoxdur"
Rusiyalı müğənni: Bakını göz yaşları içində tərk elədim və bir daha oraya qayıtmadım