CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkomanların müalicəsi zamanı psixoloji korreksiya kursu aparılacaq

© AFP 2023 / GUILLAUME SOUVANTTibbi maska taxmış həkim, arxiv şəkli
Tibbi maska taxmış həkim, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Narkoloji xəstə barəsində fəal müalicə kursundan sonra aparılan korreksiya kursu onun fərdi tələbatına uyğun olmalıdır

BAKI, 12 iyul - Sputnik. Narkoloji xəstələrin müalicəsi zamanı hər bir xəstə barəsində psixoloji korreksiya kursu aparılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, “Narkoloji xidmət və nəzarət haqqında” qanuna dəyişiklik təklif edilir.

Mövcud qanuna görə, narkoloji xəstəliklərin müalicəsi zamanı hər bir xəstə barəsində sosial-psixoloji reabilitasiya kursu aparılmalıdır. Təklif edilən dəyişikliyə görə isə narkoloji xəstəliklərin müalicəsi zamanı hər bir xəstə barəsində sosial-psixoloji reabilitasiya və psixoloji korreksiya kursu aparılmalıdır.

Narkoloji xəstə barəsində fəal müalicə kursundan sonra aparılan korreksiya kursu onun fərdi tələbatına uyğun olmalıdır. Həkim-narkoloq kliniki (tibbi) psixoloqla birlikdə psixoloji korreksiya proqramını tərtib edəcək. Eyni zamanda narkoloji xəstələrin könüllü müalicəsi müddətində psixoloji korreksiya dövründə də onlara digər xəstəliklərin müalicəsi zamanı tətbiq edilən bütün sosial təminatlar tətbiq ediləcək.

Milli Məclisin bu gün keçirilən iclasında qanun layihəsi səsə qoyularaq ilk oxunuşda qəbul edilib.

Xəbər lenti
0