Yeni metro qatarları

Metroya yeni gətirilən qatarın qapıları bağlanmadı

112
(Yenilənib 22:31 12.07.2019)
On gündür sərnişinlərə xidmət edən metro qatarı xarab çıxdı

BAKI, 12 iyul — Sputnik. Bu gün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində xətdə olan qatarın fəaliyyətində problem yaranıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, problem aşkarlanan qatar bu ayın əvvəlində xəttə buraxılıb:

“Bu gün səhər saat 8 radələrində "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar İnşaatçılar stansiyasında boşaldılıb. Buna səbəb vaqonlardan birinin qapılarının bağlanmaması olub".

"Təxminən beş dəqiqədən sonra qapılar bağlanıb və sərnişinlər elə həmin qatara mindirilib. Həmin qatar hazırda da xətdədir, heç bir problem yoxdur”, - deyə Məmmədov əlavə edib.

 

 

112
İranda COVİD-19-da ölən şəxs, arxiv şəkli

Biz indi koronavirus dalğasının harasındayıq?

0
Bəzi ölkələrin koronavirusa qalib gəldiyini elan etməsi fonunda ÜST rəsmisinin açıqlaması pandemiyanın səngidiyinə ümid edən optimistlərin üzərinə qaynar su kimi çilənib

BAKI, 25 may - Sputnik. Bəşəriyyət hələ yalnız COVID-19 xəstəliyinin birinci dalğasının ortasına çatıb. Pandemiyanın növbəti piki tamamilə gözləniləndir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə proqramının rəhbəri Mayk Rayan deyib.

“Hal-hazırda biz ikinci dalğanı yaşamırıq, biz hələ birinci dalğanın tam ortasındayıq. <...> Biz bu dalğanın ikinci pik nöqtəsini də görə bilərik: qabaqlar da pandemiyalar zamanı belə hallar olub”, - Rayan deyib.

O izah edib ki, pandemiyanın yeni pik həddi virusun Mərkəzi və Cənubi Amerikada, Cənubi Asiyada və Afrikada yayılması ilə gələ bilər.

Rayanın sözlərinə görə, xəstəliyin artımının müvəqqəti yavaşıması o demək deyil ki, bu meyl gələcəkdə də davam edəcək.

O, həmçinin qeyd edib ki, dünya bundan sonra infeksiyanın ikinci daklğasını da qarşılamağa hazır olmalıdır: o, mövsümi qriplə üst-üstə düşə bilər.

Qeyd edək ki, COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 yeni tip koronavirusu 2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. 2020-ci il martın 11-də ÜST yeni koronavirus epidemiyasını pandemiya adlandırıb.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Qonşularımız arasında nə baş verir? Koronavirus iki ölkəni düşmən edir
Koronavirusdan ən çox belə xəstələr ölür
Koronavirusa yoluxanların sayı yenə sağalanları üstələdi: ölənlər var
Koronaviruslu xəstələrə qulluq etdiklərinə görə qadınları morqa saldılar
Dmitri Nazarov, arxiv şəkli

Azərbaycan millisinin yarımmüdafiəçisi Bundesliqanın tövsiyəsini pozdu

2
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov ümid edir ki, Bundesliqa rəhbərliyi onu tövsiyələri pozduğuna görə cərimə etməyəcək

BAKI, 25 may - Sputnik, Teymur Tuşiyev. Azərbaycan millisinin və Almaniya çempionatının ikinci diviziyasının “Ersgebirge Aue” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov Bundesliqanın koronavirus pandemiyası ilə bağlı tövsiyəsini pozub.

Sputnik Azərbaycan bu barədə MDR-ə istinadən xəbər verir.

Nazarov II Bundesliqanın “Nürnberq” klubuna qarşı oyunda vurduğu qolu (1:1) qeyd edərkən öz klubunun texniki zonada dayanan əməkdaşını qucaqlayıb. Bu isə Almaniya futbol rəhbərliyinin tövsiyələrinə ziddir.

Almaniya çempionatının bərpasından əvvəl Bundesliqa rəhbərliyi futbolçulara vurduqları qolları qeyd edərkən bir-biri ilə qucaqlaşmamağı tövsiyə edib.

Nazarovun qucaqladığı əməkdaş isə klubun avtobusunun sürücüsü Tomas Romeyke olub.

İş burasındadır ki, “Nürnberq”lə oyundan əvvəl  “Ersgebirge Aue”nin avtobusu minik avtomobili ilə toqquşub, Romeykenin sayəsində isə onlar ciddi xəsarətlərdən qurtula biliblər.

İndi Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov ümid edir ki, Bundesliqa rəhbərliyi onu tövsiyələri pozduğuna görə cərimə etməyəcək.

“Ümid edirəm, Bundesliqa rəhbərliyi məni buna görə cərimə etməyəcək, axı Tomas bizim həyatımızı qurtardı. Əgər onun ani reaksiyası olmasa idi, hər şey tamam başqa cür ola bilərdi. Ona görə qol vuran kimi dərhal Tomasın yanına qaçdım. Bir qədər insanlıq göstərmək lazımdır”, - Nazarov deyib.

O, həmçinin qəzaya rəğmən sabahı gün oyuna çıxan komanda yoldaşlarına da təşəkkür edib. Nəşr güman edir ki, Nazarovu, çox güman ki, cəzalandırmayacaqlar. Çünki qucaqlaşma qadağası yalnız tövsiyə xarakteri daşıyır və Bundesliqa oyunlarının keçirilmə reqlamentində qeyd olunmayıb.

Əlavə edək ki, İkinci Bundesliqanın oyunlarının bərpasından sonra Nazarov artıq ikinci oyundur ki, dalbadal qollar vurur. Bundan əvvəl o, “Zandhauzen”lə oyunda yeganə qələbə qolunun müəllifi olub (1:0).

2
Əlaqədar
"Yuventus" "Barselona"ya yox deyir
Futbol klubundan cəsarətli addım: azarkeşləri görün nə ilə əvəz etdi
Futbol yoxdur, “Qəbələ” isə rekorda imza atır
UEFA Azərbaycan futbolunu üzərinə götürüb – Klublarımıza növbəti yardım
Holland ulduz yenidən "Qalatasaray"da