CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert müəllimlərin işə qəbulunu tənqid etdi: "Bütün proseslər qüsurludur"

© © AR Təhsil Nazirliyinin mətbuat xidmətiMüəllimlərin işə qəbulu
Müəllimlərin işə qəbulu - Sputnik Azərbaycan
Abunə olmaq
“Ümid edirəm ki, indiyə qədər Bakı şəhəri üçün 48 bal, rayon məktəbləri üçün müəyyən edilmiş 36 ballıq tələb aradan qaldırılacaq”

BAKI, 11 iyul — Sputnik. "Deməli, Təhsil Nazirliyi iyulun 8-dən start verilən müəllimlərin işə qəbulu üzrə imtahanları keçirir. Bu müddət ərzində bir sıra fənlər üzrə müəllimlər işə qəbul olmaq üçün imtahan verib. Amma maksimum bal – 60 bal toplayan iddiaçı olmayıb".

Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yay tətili qısaldılır - Nazirliyimiz öz məntiqincə ölçüb-biçdi

Sputnik Azərbaycan xəbər verir ki, təhsil eksperti Kamran Əsədov öz "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, 3 gündür ki, sosial şəbəkələrdə, qruplarda, müəyyən saytlarda bu prosesin şəffaf şəkildə keçirilmədiyi barədə ittiham dolu fikir və yazılar dərc olunur.

Arqument kimi deyilir ki, suallar səhv idi, suallar kitablardan kənar idi, kompüter proqramı ilə iştirakçının doğru cavabı səhv qəbul edilir və sair.

"Birincisi, deyim ki, müəllimlərin işə qəbulu tam şəkildə obyektiv və şəffaf keçirilir, bu müzakirə olunmur. İkincisi, sualların səhv olması mümkündür. Bu barədə müraciət edilir və səhv təsdiq olunduqda, o iştirakçının hesabına əlavə olunur", – deyə ekspert vurğulayıb.

K. Əsədov hesab edir ki, əslində bu qədər söz-söhbətin yaranmasının qarşısını çox sadə üsulla almaq olar. Bu da keçirilən imtahanların proqramını, hansı kitablardan istifadə olunaraq test tapşırıqları tərtib olunacaq, bu bilinməlidir.

Абитуриенты в ходе экзамена, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakılı tələbələrin fransız müəllimlərinə "sürpriz"i baha başa gəldi
 Çünki ölkədə rəsmi vahid nə məntiq, nədə kurikulum vəsaiti yoxdur: "İxtisas üzrə dərsliklər isə hər il dəyişir. Ona görə də bu məsələ həll olmalıdır, yəni imtahan proqramı təqdim olunmalıdır. Üçüncüsü, imtahan iştirakçısı imtahandan sonra yazdığı sualları görməlidir. Yəni nəyi səhv, nəyi doğru yazıb bunu bilməlidir. Onun isə 2 həlli yolu var: a) test tapşırıqları imtahandan sonra iştirakçının şəxsi kabinetinə yüklənir; b) imtahanlar kompüterlə yox, kağız üzərində keçirilir".

K.Əsədov deyir ki, əslində imtahanların kağız üzərində keçirilməsi ən ucuz variantdır. Təhsil Nazirliyi bu imtahanları keçirmək üçün 1000 kompüter almadığı və vəsait itirmədiyi üçün ucuz başa gəlir. Eyni zamanda hesablama tələb edən sualları cavablandırmaq üçün iştirakçı monitordan kağız üzərinə sualı köçürür və ondan sonra yazır. Bu zaman da gözü kağız ilə monitor arasında qalır ki, bu vaxt itkisi və diqqətin yayılmasıdır:

"Həm də kağız üzərində imtahan olsa, iştirakçı sonradan kompüterdə cavabların dəyişdirildiyini iddia edə bilməz. Çünki öz xətti ilə cavabları qeyd edir. 10000 minə qədər insanın iştirak etdiyi imtahanın nəticələrini 3 saat ərzində elan etmək mümkündür. Yəni bu xidməti Mərkəz olaraq təqdim edə bilərik. Ölkədə keçirilən bütün növ imtahanlarda özüm şəxsən iştirak edirəm. Məqsəd işə qəbul olmaq yox, prosesin necə həyata keçirilməsini görmək, çatışmazlığı yerində müəyyən etməkdir".

K. Əsədovun fikrincə, Təhsil Nazirliyi bu prosesin yaxşı həyata keçirilməsi üçün əlindən gələni edir. Amma açıq şəkildə görünür ki, onların imtahan təşkil etmək təcrübəsi yoxdur: "Bunu Texniki Universitetin idman zalında təşkil edilən imtahanların bütün mərhələləri haqqında demək olar. Girişdən iştirakçıların binaya buraxılmasından tutmuş, onların yoxlanılması, imtahan zallarında buraxılmasına qədər bütün proseslər qüsurludur. 1992-ci il deyil ki, imtahan neçə keçirilir bunu bilməyək. Ölkədə 27 ildir ki, təhsilin bütün səviyyələrində imtahan keçirilir.

Düşünürəm ki, imtahanlar Texniki Universitetin idman zalında yox, böyük məktəblərdə, özü də kağız üzərində olmalıdır. Yəni, iştirakçılar artıq imtahandan başlayaraq özlərini məktəb mühitində hiss etməlidir. Orta məktəblərdə dərs bitib, ona görə də, düşünürəm ki, 20 saylı, 200 saylı orta məktəblərdə imtahan keçirilə bilər və imtahandan sonra iştirakçı sual kitabçasını götürüb getməli, Təhsil Nazirliyi hər imtahandan sonra apellyasiya şikayəti üçün gün ayırmalı və iddiaçıları dəvət edib onları mütəxəssislərlə dinləməlidir".

Школьные парты в классной комнате, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Maxinatorluqdan menecerliyə - Məktəb direktorlarının "bazarı"ı bağlanır

K. Əsədov əlavə edib ki, il ərzində hazırlıq kursları, fərdi müəlliflər və müəllimlər reklam edirdi ki, müəllimlərin işə qəbulu imtahanında təqdim olunan suallar bizim vəsaitdən düşəcək, bizim məzunlar yüksək nəticə göstərəcək. Məlum oldu ki, həmişəki kimi bunlar boş vədlərdir: "İmtahanda iştirak edənlərin böyük əksəriyyəti 50 baldan aşağı nəticə göstərib. İndi onların hamısı Təhsil Nazirliyini ittiham edir, günahlandırır. Ümid edirəm ki, indiyə qədər Bakı şəhəri üçün 48 bal, rayon məktəbləri üçün müəyyən edilmiş 36 ballıq tələb aradan qaldırılacaq. Çünki hər ikisi müəllimdir və dövlət müəssisəsidir. Hamı üçün vahid keçid balı müəyyən olunmalı, 30 baldan yuxarı bal toplayan iddiaçılar vakansiya seçiminə buraxılmalıdır. Onsuzda ən yüksək bal toplayan iddiaçılar müsahibəyə dəvət olunur. Ona görə də bu məsələ də diqqətdə saxlanılmalıdır. Builki müsbət dəyişikliklərdən biri də hər imtahan saatına fərqli test tapşırıqlarının təqdim olunması idi. Bununla bağlı imtahandan əvvəl də narahatlığımı bildirmişdim, sağ olsunlar nəzərə alıblar".

Xəbər lenti
0