CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah güzəştli mənzillərin satışı başlayır, əldən buraxmayın

© MİDAYasamal yaşayış kompleksi
Yasamal yaşayış kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 12-də 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı başlayacaq

BAKI, 11 iyul — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan verilib. Bu barədə Sputnik Azərbaycan-a MİDA-dan məlumat verilib.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov - Sputnik Azərbaycan
Bakıda yeni tikililərdə mənzil qiymətləri artacaqmı - ekspert danışır

Qeyd edilib ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı 12 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərindən (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, satışa ümumilikdə 253 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Многоэтажный жилой дом в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Güzəştli mənzil satışının yeni tarixi açıqlanıb

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 27.12.2016-cı il tarixli 23089 nömrəli, 06.01.2017-ci il tarixli 23126 nömrəli, 30.01.2017-ci il tarixli 23206 nömrəli və 31.01.2017-ci il tarixli 23210 nömrəli müsbət rəyləri mövcuddur.

Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.

Xəbər lenti
0