Zəncirvari qəza, arxiv şəkli

Yay gəldi, dərd gəldi Avtomobil qəzalarının çoxalmasının səbəbi varmış

1281
(Yenilənib 13:30 11.07.2019)
Gərginlik avtomobil yollarında qəzaların artmasına səbəb olur

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Son bir neçə gündə dalbadal bir neçə ciddi yol-nəqliyyat hadisəsi barədə məlumat yayılıb. Bu nəqliyyat hadisələrində xeyli ölən və yaralananlar olub. Baş vermiş ən ciddi qəza isə Masallı rayonunda qeydə alınıb. Mikroavtobusun yük maşınına çırpılması nəticəsində 8 nəfər hadisə yerindəcə ölüb. Ardınca isə daha iki qəzada 10-dan çox adam yaralanıb.

Ümumiyyətlə, statistika göstərir ki, yay aylarında avtomobil qəzalarının sayı artır. Səbəb isə sadədir. Mütəxəssislərə görə, isti havaların insan orqanizminə təsiri insanlarda stressə səbəb olan kortizon hormonunu artırır. Bu da sürücülərin yollarda daha aqressiv davranması ilə nəticələnir.

Psixoloq Fərqanə Mehmanqızı
© Sputnik / Irade JELIL
Psixoloq Fərqanə Mehmanqızı

Psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, isti hava çox tərləməyə səbəb olduğu üçün bədənin biokimyəvi vəziyyətinə təsir edir. Bədəndə olan natrium, maqnezium, kalsium və s. tərkibini dəyişir. Bu beyinə təsir edir və insanda gərginlik, əsəbilik yaradır: "Yəni istinin təsirindən tez əsəbiləşmə, tez reaksiyavermə meydana gəlir. İsti havada insanlar özlərini idarə edə bilmir. Stress hormonu olan kortizon yaranması artdığı üçün insanda narahatlıq meydana gəlir. Bu gərginlik avtomobil yollarında qəzaların artmasına səbəb olur".

Elməddin Muradlı
Elməddin Muradlı

Yol-nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, isti havalarda yol nəqliyyat hadisələrinin artmasına səbəb bəzi nəqliyyat vasitələrinin standartlara uyğun olmamasıdır: "Bəzi avtomobillərdə kondisionerlərin olmaması, isti nəticəsində yaranan yuxu, yorğunluq, tələskənlik qəzalara səbəb olur. Yorğun, yuxulu halda yola çıxmaq olmaz. Bütün polis postlarında sürücülərin istirahət etməsi üçün şərait yaradılıb. Yorğunluq hiss edilən zaman bu postlara yaxınlaşaraq su içmək, dincəlmək mümkündür. Bəzi avtomobilləri standartlara uyğun olmayan sürücülər polis saxladığı zaman bunu imkansızlıqla əlaqələndirirlər. Unudurlar ki, belə avtomobillərlə yola çıxmaq həm onların özü üçün, həm də ətrafdakılar üçün təhlükəlidir".

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov
© Sputnik / Murad Orujov
Azər Allahverənov

Nəqliyyat eksperti Azər Allahverənov bildirir ki, yay aylarında avtomobil qəzaları daha çox istirahət zonalarının ətrafında baş verir: "Yay aylarında insanlar daha çox istirahət mərkəzlərinə gedirlər. Bu da avtomagistralda intensivliyə səbəb olur. İntensivlik olan yollarda isə hər zaman qəzalar baş verir".

A.Allahverənov qeyd edib ki, bəzi xroniki xəstəliyi olan insanlar isti havalarda sükan arxasında özünü pis hiss edə bilər: "Əgər sürücüdə təzyiq, ürək çatışmazlığı varsa, o kondisioner olmayan avtomobillə yola çıxmamalıdır. Çünki istidən bu xəstəlik kəskinləşə bilər. Bu zaman sürücü idarəetməni itirir və qəza baş verə bilər".

Allahverənov həmçinin əlavə edib ki, yay aylarında qəzaların artmasına digər bir səbəb sürücülərin sərxoş halda avtomobil idarə etməsidir: "İstirahət mərkəzinə gələn və ya oradan çıxan sürücülərin əhvalı yaxşı olur, içkili olurlar. Bu da qəzaların baş verməsinə səbəb ola bilər".

1281
102-я российская военная база

Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı

22
Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

BAKI, 4 iyul - Sputnik. Bu gün günorta saatlarında Ermənistanın Gümra şəhərində Rusiyanın 20 yaşlı vətəndaşı, bu ölkənin 102 saylı Hərbi Bazasının hərbi qulluqçusunun cəsədi tapılıb. Onun meyiti yataq otağında tapılıb, yerdə həmçinin məktub aşkarlanıb.

Rusiyanın Ermənistandakı səfirliyindən Sputnik Ermənistan-a bildirildiyinə görə, hərbçinin ölümündə cinayət izi yoxdur. Səfirlik hərbi qulluqçunun əsəb pozuntusu nəticəsində vəfat etdiyini güman edir.

Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

Rusiya hərbi qulluqçusunun meyidi Gümrüdəki evlərdən birində aşkar edilib.

22
Koronavirus testi, arxiv şəkli

Göndərişsiz COVID-19 üçün yoxlama aparacaq laboratoriyaların siyahısı genişlənib

58
Həkim göndərişi olmadan koronavirus üçün yoxlama aparacaq laboratoriyaların siyahısı genişləndirilib.

BAKI, 4 iyul - Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan COVID-19 üçün yoxlama aparacaq laboratoriyaların siyahısı genişlənib. 

Bu barədə TƏBİB-dən məlumat verilib. 

Həmin laboratoriyalar bunlardır: 

- Referans kliniki laboratoriya mərkəzi;

- Leyla klinikası;

- Memorial klinikası

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- Talassemiya mərkəzi;

- UltraLab.

58