CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda lift probleminə son qoyulur

© Sputnik / Murad OrujovДевушка входит в кабинку лифта, фото из архива
Девушка входит в кабинку лифта, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
lin sonuna kimi Bakıya ümumilikdə 542 lift gətiriləcək və quraşdırılacaq

BAKI, 9 iyul — Sputnik. Paytaxtda çoxmənzilli binalarda yeni liftlər quraşdırılır.

Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, Bakı Şəhər "Lifttəmir" İstehsalat Birliyi ilə Almaniyanın "Wittur Holding GMBH" şirkəti arasında imzalanmış müqavilə əsasında artıq 63 ədəd lift gətirilib. Hazırda gətirilən liftlərin bir hissəsi Nizami rayonu, Qara Qarayev prospekti, 47 ünvanında yerləşən 10 bloklu, doqquz mərtəbəli yaşayış binasında quraşdırılmağa başlanılıb. Köhnə liftlər demontaj edilib, liftlərin şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunub, otaqların üstünə ruberoid çəkilib. Bu ilin sonuna kimi Bakıya ümumilikdə 542 lift gətiriləcək və quraşdırılacaq.

Xəbər lenti
0