CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çıxdı beşə, vur on beşə - ev, pul, ipoteka bizdə nə vaxt hədiyyə olunacaq?

© pixabay / JesusManuel1Ключ в замке двери, фото из архива
Ключ в замке двери, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara müavinət almaq hüququ verilir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Azərbaycanda çoxuşaqlı ailələrin azalma tendensiyası var. Bu barədə ötən gün jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov məlumat verib. T.Budaqov bildirib ki, ölkədə əhalinin sayı artsa da, çoxuşaqlı ailələrin azalması müşahidə olunur.

Девушка с детьми - Sputnik Azərbaycan
CƏMİYYƏT
Evi olmayanlar və subaylar üçün övladlığa uşaq götürməklə bağlı qadağa

Qeyd edək ki, Azərbaycanda çoxuşaqlı ailələrin sayının azalması hazırda ölkəmizdə demoqrafik poblem həddində olmasa da, gələcək üçün arzuolunan hal hesab edilmir. Odur ki, aidiyyatı qurumlar ailələrdə doğulan uşaqların sayının artırılması üçün dəfələrlə hökuməti stimullaşdırıcı tədbirlər görməyə səsləyib.

Dövlət Statistika Komitəsinin Əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çoxuşaqlı ailələrin sayı ilə bağlı statistika ancaq əhalinin siyahıya alınması zamanı aparılır: "Azərbaycanda əhalinin siyahıya alınması hər on ildən bir aparılır. Bu zaman da çoxuşaqlı ailə təsərrüfatları uçota alınır. Ailə təsərrüfatları ilə bağlı cari uçot aparılmır. Tahir müəllim də əhalinin son siyahıya alınması ilə əvvəlki rəqəmləri müqayisə edərək belə bir fikir söyləyib".

Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, Azərbaycanda 1999-cu ilin əhalinin siyahıya alınması zamanı 1 uşaqlı ailələrin sayı 288 200 (22,5%), 2 uşaqlı ailələrin sayı 450 700 (35,3%), 3 uşaqlı ailələrin sayı 326 200 (25,5%), 4 və daha çox uşaqlı ailələrin sayı isə 213 900 (16,7%) olub. 2009-cu ildə əhalinin siyahıya alınması zamanı göstəricilər belə olub: 1 uşaqlı ailələr - 396 000 (30,1%), 2 uşaqlı ailələr - 529 000 (40,3%), 3 uşaqlı ailələr - 261 900 (19,9%), 4 və daha çox uşaqlı ailələr - 126 700 (9,7%). Müqayisəli təhlil də göstərir ki, Azərbayanda 4 və daha çox uşağı olan ailələrin sayında azalma müşahidə olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə çoxuşaqlı ailələrin sayının azalması təkcə sosial amillə bağlı deyil. Onun sözlərinə görə, çoxuşaqlı ailələrin sayının azalmasında ailələrin həyata baxışının dəyişməsi də rol oynayır:

"Azərbaycanda illər keçdikcə çoxuşaqlı ailələrin sayı azalır. Bəzən bunu ailədə uşaqların sayı artdıqca onların xərclərinin də artması, sosial amillə izah edirlər. Amma müşahidələr göstərir ki, bu gün maddi durumu qənaətbəxş olan ailələrdə də doğulan uşaqların sayı iki, ən yaxşı halda üç olur. Bundan çıxış edərək demək olar ki, artıq ailələrin bu məsələdə baxışı dəyişib".

Deputat Tahir Rzayev isə deyir ki, məsələnin qarşısını demoqrafik problem həddinə çatmamış almaq lazımdır: "Belə bir qəbul olunmuş norma var ki, iki uşaq ailədə ata və ananı əvəz edəcək nəsil sayılır. Ailədə doğulan üçüncü uşaq nəsil artımı sayılır. Amma təəssüf ki, son illər biz ailələrin daha çox iki uşaqla kifayətləndiyinin şahidi oluruq. Bu sahədə başqa ölkələrdə, məsələn, Rusiyada və Fransada yaxşı təcrübə var. Ona görə də, düşünürəm ki, bizdə də çoxuşaqlı ailələrə diqqət artırılmalıdır. Mən tərəfdarıyam ki, belə ailələr fərqləndirilsin. Ən azından 4 və 5 uşaqdan sonra belə ailələrə pul mükafatları verilə bilər. Düzdür, bu gün yerli icra hakimiyyətlərində çoxuşaqlı ailələrə güzəştlər edilir, maddi dəstək göstərilir. Amma mən istəyərdim ki, çoxuşaqlı ailələrə mükafatların verilməsi məsələsi qanuniləşsin. Bundan əlavə, belə ailərə müxtəlif güzəştlər tətbiq edilsin".

Музыкант Элтон Джон во время фотосессии фильма режиссера Декстера Флетчера Рокетмен (Rocketman) в рамках 72-го Каннского международного кинофестиваля - Sputnik Azərbaycan
RUSİYA
Putin Elton Cona cavab verdi: Uşaqlara imkan verək böyüsünlər və özləri qərar versin

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çoxuşaqlı ailələrə dövlət tərəfindən qayğı göstərilir. Amma güzəştlərin tətbiqi özünü doğrultmadığından, müxtəlif güzəştlər ləğv olunaraq əvəzinə aztəminatlı ailələrin ünvanlı sosial yardımla təmin olunması həyata keçirilib: "Dövlət başçısının 25 fevral 2019-cu il tarixli sərəncamı bu istiqamətdə növbəti və əhəmiyyətli addımın atılmasına imkan verib. Belə ki, sərəncama əsasən, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün də prezidentin aylıq təqaüdü - 50 manat təsis edilib. Eyni zamanda, sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb".

Həmsöhbətimiz deyir ki, bundan başqa 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara müavinət almaq hüququ verilir.

Представительница Азербайджана на Детском Евровидение 2018 Фидан Гусейнова на первой репетиции конкурса в Минске - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Uşaq Avroviziyası-2019" keçiriləcək – Amma bizsiz

B.Hüseynov bundan əlavə vergi qanunvericiliyində də çoxuşaqlı ailələrə güzəştlərin olduğunu söyləyir. Amma şöbə müdiri hazırda 4 və daha çox uşağı olan ailələr üçün yeni stimullaşdırıcı tədbirlərin müzakirə mərhələsində olmadığını söyləyib.

Qeyd edək ki, Rusiya Federasiyasının Moskvaətrafı vilayətində yaşayan ailələrə yeni doğulmuş uşaq üçün hədiyyə dəsti və yaxud 20 min rubl məbləğində pul mükafatı verilir. Hədiyyə dəstinə isə uşaq bezləri, uşaq geyimləri daxildir. Bu ölkədə hökumət ailələrdə doğulan uşaqların sayının artması üçün stimullaşdırıcı tədbirlər həyata keçirir. Rusiyada bu ildən çoxuşaqlı ailələrə məxsus torpaq sahələrinin 6 sotunun vergidən azad olunması, çoxuşaqlı ailələr üçün ipotekanı 9 faizə endirməsi, həmçinin ipoteka götürən çoxuşaqlı ailələrə 450 min rubl (11.5 min AZN) ayrılması kimi güzəştlər tətbiq olunur.

Fransada isə çoxuşaqlı ailələrə yardım məqsədilə “Böyük ailə” proqramı fəaliyyət göstərir. 1921-ci ildən qüvvədə olan bu proqram 3 və daha çox uşağı olan ailələrə bir sıra güzəşt və imtiyazlar verir. Hər növbəti uşaq vergi faizini azaldır və buna görə 4 uşağı olan ailələr demək olar ki, vergi ödəmir. Hər 3-cü və sonrakı uşaqlara görə dövlət 180 avro müavinət ödəyir.

Xəbər lenti
0