Auditoriyada tələbələr, arxiv şəkli

Ali məktəbə imtahansız qəbul üçün qeydiyyat aparılır

39
(Yenilənib 18:40 02.07.2019)
Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar

BAKI, 2 iyul — Sputnik. Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd edilib ki, elektron ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır. İyulun 2-si saat 11:10-a olan məlumata görə, 6679 subbakalavr qeydiyyatdan keçib. Onlardan 6600 nəfərin ərizəsi təsdiqlənib.

Subbakalavrlar DİM-in ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra müvafiq istifadəçi adı və parolundan istifadə etməklə internet səhifəsinə daxil olub "Subbakalavrın elektron ərizəsi" formasını təsdiq edirlər. Tələb olunan məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən onlayn əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

39