CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ana bətnindəki döl ürəyindən əməliyyat olundu

© © ATU-nin mətbuat xidmətiƏməliyyat
Əməliyyat - Sputnik Azərbaycan
Abunə olmaq
ATU-nun həkimləri 32 həftəlik hamilə qadının bətnindəki körpəni əməliyyat ediblər

BAKI, 1 iyul — Sputnik. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında hamilə qadının bətnindəki uşaq (döl) üzərində mürəkkəb əməliyyat icra olunub.

ATU-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, klinikanın ginekologiya şöbəsinin müdiri Turan Canbaxışov bildirib ki, digər klinikalarda xəstəyə hamiləliyi sonlandırmağı məsləhət görsələr də, qadın buna razı olmayıb. Yalnız ATU Tədris Cərrahiyyə Klinikasında bətndəki dölü əməliyyat etməyə razılıq verilib.

Tibb müəssisəsi, arxi şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb müəssisələri beş ildən bir akkreditasiyadan keçəcək

T.Canbaxışovun sözlərinə görə, pasiyent klinikaya hamiləliyin 31-ci həftəsində müraciət edib: "Daha öncəki müayinələr zamanı xanımın bətnindəki uşağın döş qəfəsinə mayenin yığıldığı aşkarlanıbmış. Döş qəfəsinə maye yığıldığı üçün ürək sıxılırdı. Bu isə ürəyin fəaliyyətinə mane olduğu üçün dölün bütün bədənində ödəm inkişaf edirdi".

ATU Tədris Cərrahiyyə Klinikasında döldən genetik analiz götürülüb və nəticədə uşağın sağlam olduğu dəqiqləşdirilib. Bundan sonra əməliyyat planlaşdırılıb. Həkim deyir ki, adətən döş qəfəsinə mayenin yığılmasının səbəbi ağciyərlərin üstünü örtən selikli qişanın gec inkişafı ilə əlaqələndirilir. Əgər zamanında yardım göstərilməzsə, döl ürək çatışmazlığından tələf olur.

T.Canbaxışov bildirir ki, əməliyyat hamiləliyin 32-ci həftəsində aparılıb. Ümumi anesteziya altında ana bətninə daxil olunub və dölün döş qəfəsinə stend taxılıb. Bu stend ağ ciyərin ətrafındakı mayenin uşaqlıq boşluğuna axmasını təmin edib. Beləliklə, ürəyin fəaliyyəti bərpa olunub. Hamiləliyin 36-cı həftəsində dünyaya gələn körpə bir neçə gün yenidoğulmuşların reanimasiyasında müalicə aldıqdan sonra tam sağlam valideynlərinin qucağında xəstəxananı tərk edib.

Xəbər lenti
0