Tülü kəndi ərazisində V-IX əsrlərə aid aşkar olunan abidə

"Abidəyə qulluq edən mənəm, maaşı alan isə başqası"

1990
(Yenilənib 11:21 30.06.2019)
Kənd sakini əldə edə bilmədiklərinin qisasını övladları vasitəsilə almaq istəyir

Şahpəri  Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid aşkar olunan abidə kənd sakini Elşad Dabaxovun həyətində yerləşir. Kənd sakini Sputnik Azərbaycan-a bildirib ki, illərdir bu abidəni qoruyur, ətrafında təmizlik işləri aparır: "Nə mən, nə də həyat yoldaşım işləyir. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm ki, onsuz da bu abidəyə mən baxıram. Abidəyə qulluq edən mənəm, maaşı alan isə onların müəyyən etdiyi şəxslərdir. İldə bir-iki dəfə gəlirlər, baxıb gedirlər. Bu da olur onların mühafizəsi".

Tülü kəndi ərazisində V-IX əsrlərə aid aşkar olunan abidə
© Sputnik / Shahperi Abbasova
Tülü kəndi ərazisində V-IX əsrlərə aid aşkar olunan abidə

Kənd sakini deyib ki, Balakən rayon İcra hakimiyyətinə bununla bağlı müraciət edib: "Mənə dedilər ki, bu məsələyə Mədəniyyət Nazirliyi baxır. İcradan mənə iş təklif etdilər. Lakin səhhətimlə əlaqədar onların təklif etdikləri işdən imtina etdim. Mənim həyətyanı sahəm bu abidəyə görə zəbt olunub. Bir sözlə, mən torpağımdan da yararlana bilmirəm. Övladlarım məktəblidirlər. Onlara pul lazım olur. Mən də xəstəyəm, barı abidənin mühafizəsi işini mənə tapşırsalar dolana bilərəm".

"Niyə mən zəhmət çəkim, başqası maaş alsın? Axı mən də işsizəm. Etiraz olaraq övladlarını bir müddət məktəbə getməyə icazə vermədim. Əgər gələn il də belə davam etsə, mən övladlarımı məktəbə qoymayacam" - deyə kənd sakini iddia edir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, kənd sakinin şikayətindən xəbərdardırlar və onun şikayəti əsassızdır. Abidəni mühafizəsi üçün təhkim olunan şəxs bir abidəni mühafizə etmir. Həmin şəxsə bölgədəki bütün abidələrin mühafizəsi tapşırılır. Balakən rayonunda xeyli sayda abidə var ki, onların əksəriyyətinin yolu uzaqdır və yolu keçilməzdir. Nazirlikdən onu da bildiriblər ki, abidənin olduğu ərazinin satışı qanunsuzdur və yolverilməzdir.

1990
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

83
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

83
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb

4
(Yenilənib 23:53 05.08.2020)
Son 4 gün ərzində aktiv xəstələrin sayı 5 229-dan düşərək, hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

BAKI, 5 avqust – Sputnik. Avqustun 5-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 759 229-a çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

Avqustun 1-də isə aktiv xəstə sayı 5 229-a bərabər idi.

Xəstələrdən 255 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, avqustun 5-də Azərbaycanda koronavirus infeksiyasına daha 193 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

4
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər