Мужчина прячет деньги  в ящик комода, фото из архива

"Fiziki şəxslərin aylıq sosial ödənişi 35 manat olsun" - TƏKLİF

38
(Yenilənib 23:21 27.06.2019)
Ekspert: "Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədə uyğun olardı"

BAKI, 27 iyun — Sputnik. "Minimum əmək haqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədə uyğundur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu iqtisadçı-alim Vüqar Bayramov "Facebook" statusunda yazıb.

Onun sözlərinə görə, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqları ilə minimum əmək haqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var: "Belə ki, minimum əmək haqqı məbləği artanda sosial ödənişləri də çoxalır. Fiziki şəxslər minimum əmək haqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədə uyğun olardı".

"Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu halda əməkhaqqı artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq" - iqtisadçı yazıb.

38