CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Peşəkar kiberidman Azərbaycana nə vaxt gələcək?

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidКиберспорт, видеоигра
Киберспорт, видеоигра - Sputnik Azərbaycan
Abunə olmaq
Rayondan gəlib şəhərlilərə gücünü göstərən oğlan 10 min manata bir addım qalmış uduzdu

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Azərbaycanda çox sayda kiberidman tədbirlərinin keçirilməsi planlaşdırılır. Bunu Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev Bakıda keçirilən kompüter oyunları üzrə 13-cü çempionatı Sputnik Azərbaycan-a şərh edərkən deyib.

Прямая линия с президентом РФ Владимиром Путиным - Sputnik Azərbaycan
Putinin canlı yayımına kiberhücumlar oldu

Əliyev qeyd edib ki, yaxın zamanlarda Federasiya il ərzində keçiriləcək kiberidman turnirlərinini sayını artırmaq niyyətindədir.

"Biz artıq elan etmişik ki, IeSF (International e-sport federation – red.) təkcə Azərbaycanda deyil, bütün dünyada çempionat keçirək. Bu, əvvəllər olduğu kimi, ayrıca turnir olacaq. Bununla yanaşı, biz kiberidman tədbirlərinin sayını artırmaq niyyətindəyik. Burada söhbət irimiqyaslı çempionatların tez-tez keçirilməsindən gedir", - Əliyev deyib.

Azərbaycanda keçirilmiş çempionata gəlincə, burada ilk dəfə olaraq 10,4 min manat məbləğində mükafat fondu olub.

"Məlum olduğu kimi, bu yaxınlarda Topaz şirkəti Azərbaycan Kiberidman Federasiyasının baş sponsoru olub. Bunun hesabına mükafat fondu formalaşdırılıb. Ölkədə kiberidmana maraq artmaqdadır. Milli çempionatda birincilik uğrunda 2 mindən artıq iştirakçı yarışmışdı", - deyə Federasiyanın rəhbəri bildirib.

Onun sözlərinə görə, birincilik uğrunda yarışanlar arasında yeni adlar peyda olub. Onlar gələcəkdə Azərbaycan kiberidmanına qoşula bilərlər.

Kiberhücum - Sputnik Azərbaycan
İran indi də ABŞ-ın gizli döyüşçüləri ilə vuruşur

Siyəzəndən olan iştirakçı Hearthstone kiberidmanı üçün əsl kəşf olub. O, Bakıdan olan bir sıra güclü oyunçulara qalib gələrək Azərbaycan çempionatının yarımfinalına çıxa bilib. Daha əvvəl Azərbaycanın regionlarından heç kəs turnirin belə yüksək mərhələsinədək gəlib çıxa bilməmişdi.

Kompüter oyunlarına marağın artmasına baxmayaraq, indiyə qədər ölkəni beynəlxalq arenada ləyaqətlə çıxış edəcək peşəkar kiberidman komandası formalaşmayıb. Lakin federasiya rəhbəri perspektivdə belə bir komandanın meydana gələcəyini istisna etməyib.

"Özünü tamamilə kiberidmana həsr edənlərdən ibarət peşəkar komandanın olmaması, təbii olaraq, maliyyə çatışmazlığı ilə bağlıdır. Əgər belə bir peşəkar komanda vasitəsilə öz brendini tanıtmaqda maraqlı olan şirkət orataya çıxsa, onda, əlbəttə ki, Azərbaycan kiberidmanına sərmayənin axdığını görə biləcəyik. Çılpaq həqiqətdir ki, əks təqdirdə, hər şey ənənəvi idmanda olduğu kimi çox çətin olacaq", - deyə Əliyev bildirib.

Əlavə edək ki, Azərbaycan çempionatı beş kiberidman qaydası üzrə keçirilir. Birincilik uğrunda ümumi mükafat fondu 10,4 min manatdır. Komanda oyunları üzrə qaliblər (Counter-Strike: Global Offensive, DOTA 2) 2500 manat alıb, ikinci və üçüncü yerləri tutanlar isə – 1000 və 500 manat qazanıblar. Azərbaycan çempionatının fərdi oyunlar üzrə (Tekken 7, FIFA 2019, HearthStone) qalibləri öz büdcələrinə birqayda olaraq 500, 200 və 100 manat əlavə edə biliblər.

Xəbər lenti
0