Sürücü sükan arxasında

Sürücülərə müjdə: icbari sığorta ödənişinin maksimal həddi arta bilər

92
Azərbaycanda avtomobil qəzası nəticəsində dəyən zərərin məbləği orta hesabla 1100-1200 manatdır. Lakin yüzlərlə sığorta hadisəsi var ki, dəyən zərərin məbləği 5000 manatdan çoxdur

BAKI, 24 iyun — Sputnik. Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı zərərçəkmişlərə ödənilən sığorta pulunun maksimal həddi artırıla bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov məlumat verib. 

Onun sözlərinə görə, bu məqsədlə İSB-nin və Maliyyə Bazarlarına Nəzarət Palatasının informasiya sistemində olan məlumatlar cəmləşdirilir və aktuari heyəti tərəfindən qiymətləndirmələr aparılır: "Bu qiymətləndirmələr əsasında hesabat hazırlanaraq Palataya təqdim olunacaq. Ödənişin maksumal həddi aktualdır. Çünki, son dəyişiklikdən 8 il keçib. Hazırda bu məbləğ 5 min manatdır ki, devalvasiyadan sonra dollarla ifadədə 2 dəfə azalıb".

"Doğrudur, Azərbaycanda avtomobil qəzası nəticəsində dəyən zərərin məbləği orta hesabla 1100-1200 manatdır. Lakin yüzlərlə sığorta hadisəsi var ki, dəyən zərərin məbləği 5000 manatdan çoxdur. Bu ayın sonunda aktuarilərin təklifləri hazır olacaq, ortaya çıxan rəqəmlərə uyğun addımlar atılacaq. Söhbət sığorta təminatı ilə yanaşı, sığorta tariflərindən də gedir", - deyə R.Əhmədov vurğulayıb.

92

“Şəhər hotellərinin vəziyyəti daha ağırdır” mehmanxanalar karantindən sonra

6
(Yenilənib 16:30 24.09.2020)
Ölkə sərhədlərinin yarım ildən çox bağlı qalması ilə ən çox zərər çəkən sahələrdən biri mehmanxana sferasıdır. Onların karantinin bir az yumşalması ilə hansı vəziyyətdə olduqlarını videomuzda izləyin.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi pandemiyadan sonra hotellərin necə özlərinə gəldiklərini şərh edib. Mütəxəssisin fikrinə görə, şəhər hotellərinin vəziyyəti hal-hazırda daha ağırdır.

“İnzibati sərhədlərin açılması ilə şəhər əhalisi rayonlarda istirahət etməyə müvəffəq olub. Şəhər mehmanxanaları isə beynəlxalq sərhədlər bağlı qaldığına görə əziyyət çəkir”, - deyə o bizimlə bölüşüb.

Mütəxəssis hesab edir ki, hal-hazırda uçuşların nə vaxt yenidən başlayacağını gözləmək lazım deyil. Biz var gücümüzlə yerli turizmi həm şəhərdə, həm rayonlarda yeni növ məhsullar tətbiq etməklə gücləndirməliyik.

6
Teqlər:
gediş-gəliş, şəhər, regionlar, Samir Dübəndi, mehmanxana, hotel, otel
Zəncir, arxiv şəkli

Qızını zəncirləyən kişi həbs edildi

8
(Yenilənib 15:59 24.09.2020)
Adil Həbiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 24 sentyabr — Sputnik. Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Sputnik Azərbaycan Biləsuvar rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, istintaqla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı, 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın həyat tərzi ilə bağlı yaranmış narazılıqlara görə cari il aprelin 2-dən iyulun 9-dək Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evdə zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Adil Həbiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

8
Teqlər:
Biləsuvar, işgəncə, qız, zəncir, həbs
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Trampdan sonra Putin Nobel Sülh Mükafatına namizəd oldu

0
(Yenilənib 17:32 24.09.2020)
Putinin namizədliyi barədə müraciəti Osloda yerləşən Nobel Komitəsinə yazıçı Sergey Komkov sentyabrın 9-da ünvanlayıb.

BAKI, 24 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin 2021-ci ilin Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Putinin namizədliyi barədə müraciəti Osloda yerləşən Nobel Komitəsinə yazıçı Sergey Komkov sentyabrın 9-da ünvanlayıb.

"Bu gün bu, faktiki olaraq mənim Nobel Sülh Mükafatına irəli sürdüyüm dördüncü namizədlikdir. Ərizə bu il sentyabrın 9-da göndərilib və sentyabrın 10-da Oslodakı Nobel Sülh Komitəsinə, Nobel komitəsinin qərargahına daxil olub", – Komkov mətbuat konfransında bildirib.

Sülh Mükafatı XIX əsrin sonlarında isveçli sənayeçi və ixtiraçı Alfred Nobelin vəsiyyət etdiyi beş mükafatdan biridir. Onu sülhün möhkəmlənməsinə töhfələrə görə şəxsə və ya təşkilata verirlər.

Bundan əvvəl Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatı ilə təltif etməyi nəzərdən keçirməyə çağırıb.

Sputnik Azərbaycan "The Hill" nəşrinə istinadən xəbər verib ki, O'Brayen İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulmasında Trampın oynadığı rolu buna əsas kimi gətirib. 

"Düşünürəm ki, prezidentin sülhün bərqərar olması üçün etdikləri həqiqətən də təqdirə layiqdir. Prezidentin nəticədə buna görə Nobel mükafatına namizəd olması məni təəccübləndirməyəcək", - O'Brayen deyib.

0
Teqlər:
Nobel sülh mükafatı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Donald Tramp
Əlaqədar
Trampa Nobel mükafatı verməyi təklif ediblər
Niyə məhz Allahşükür Paşazadə - Nobel mükafatının ölkəmizə gəlməsi üçün 2 əsaslı səbəb var
Azərbaycanın Nobel Sülh Mükafatına namizədi təsdiqləndi
Trampa mükafat verilib, amma Nobel deyil