Mənzil qapısında açar, arxiv şəkli

İpoteka üçün dövlət qulluğunda staj barədə arayış almaq asanlaşdı

42
(Yenilənib 18:55 24.06.2019)
Dövlət İmtahan Mərkəzində qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür

BAKI, 24 iyun — Sputnik. İpoteka üçün dövlət qulluğunda staj barədə arayış almaq qaydası açıqlanıb.

Dövlət qulluqçuları Mənzil İnşaatı Dövlət Agentliyi ilə yanaşı, Azərbacan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna da təqdim edilməsi məqsədilə dövlət qulluğunda qulluq stajı barədə arayışın əldə edilməsi üçün Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi səhifəsində şəxsi kabinet yaratmalı və "Elektron xidmətlər" bölməsinə daxil olaraq elektron müraciət etməlidirlər.

Sputnik Azərbaycan DİM-in məlumatına istinadla xəbər verir ki, dövlət qulluqçusu əmək kitabçasındakı əmək fəaliyyətini əks etdirən səhifələrin dövlət orqanı tərəfindən təsdiq edilmiş surətlərini skan edərək sistemə yükləməli və "Müraciəti qeydə al" düyməsini sıxmalıdır. Mərkəz tərəfindən qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür.

42
Əlaqədar
İpoteka krediti alanlar üçün yeni xəbər: Hökumət qaydaları dəyişdi
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

0
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

0
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

32
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

32
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə