CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Murad Dadaşovu professora qarşı qoydular: "Bunun üçün Harvardı oxumaq lazım deyil"

© Sputnik / Murad OrujovЗаслуженный артист Азербайджана Мурад Дадашов
Заслуженный артист Азербайджана Мурад Дадашов - Sputnik Azərbaycan
Abunə olmaq
"Kimsə mənə dedi ki, təhsili artıq məzhəkəyə çeviriblər. Onun dediyi təsdiqini tapdı"

BAKI, 20 iyun — Sputnik. Təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimində Xalq artisti Murad Dadaşovun iştirakına dair sosial şəbəkədə paylaşım edərək etirazını bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, o, kinayə ilə Murad Dadaşovu təhsil eksperti adlandırıb: "Dünən Təhsil Nazirliyinin təşkilatçılığı ilə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Deputatların, rektorların, təhsil ekspertlərinin iştirak etdiyi tədbirə şoumen Murad Dadaşov da dəvət olunmuşdu. Kimsə mənə dedi ki, təhsili artıq məzhəkəyə çeviriblər. 

Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirdən dərslərin sentyabrın 1-də başlaması təklifinə CAVAB gəldi
Onun dediyi təsdiqini tapdı. Təhsil eksperti Murad Dadaşovu şagirdlərə medalları vermək üçün səhnəyə dəvət etdilər, ancaq professor, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovu dəvət etmədilər. Gerizəkalılığa diqqət edin: ən azından, fizika üzrə qalibləri ( bürünc medal olsa da olardı) fizika-riyaziyyat elmləri doktoru, əsl müəllim Şahlar Əsgərovun təltif etməsi şagirdlərin də yaddaşına həkk olunardı. Bunun üçün Harvardı oxumaq lazım deyil. Azca şüurlu olmaq lazımdır. 20-30 medalı təhsil dahisi Emin Əmrullayevin verməyindənsə, tədbirə dəvət olunmuş ictimaiyyətin tanınmış nümayəndələri də nəzərə alınmalı idi. Tədbir iştirakçıları fürsətdən istifadə edib nazirliyin aparat rəhbəri Muxtarı (familiyasını bilmirəm) da görmək şərəfinə nail oldular. Muxtar nazir müavini İdris İsayevin payına düşən medalları da verdi".

"Bütün bu məzhəkələr şagird uğurlarına kölgə sala bilməzdi, qalibləri səmimi qəlbdən təbrik edirəm", - Etibar Əliyev fikrini yekunlaşdırıb.

Xəbər lenti
0