CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pərvin Abıyevadan təhqirə "adekvat" cavab

Abunə olmaq
"Mən sizi qınamıram, sizi böyüdüb, tərbiyə verən valideynləri qınayıram"

BAKI, 18 iyun — Sputnik. Azərbaycanlı aktrisa Pərvin Abıyeva yenidən qalmaqallı paylaşımı ilə gündəmə gəlib. Aktrisa öz "İnstagram" hesabında ona təhqir dolu şərh yazan şəxslərə bu cür cavab verib:

"Deməli, bir az bekarçılıq oldu, girdim saytlara, haqqımda yazılan xəbərlərdəki rəyləri oxudum. İlahi, biz necə insanlarıq? Nə ilə qidalanırıq? Bu qədər qara qəlbli, kinli, nifrət dolu olmağın qaynağı haradan gəlir? Əslində, mən sizi qınamıram, sizi böyüdüb, tərbiyə verən valideynləri qınayıram ki, sizin ürəyinizə nifrət toxumu əkiblər. İnsan övladını bu cür insan düşməni olaraq böyütməməlidir. Qoy mən açıq geyinən olum sizlərin gözündə. Nə oluramsa-olum. Ancaq mən fəxr edirəm ki, sevgidolu, humanist böyümüşəm. Heç kimin paxıllığını çəkmirəm, qeybətini etmirəm, babalını yumuram. Əlimdən gəldiyi qədər də ətrafıma əl tuturam. Qara qəlbli, kinli deyiləm sizin kimi. Yazdığınız iyrənc rəylər sizə nə qazandırır? Məsələn, mənə təsir etmir. Yenə də öz bildiyimi edəcəm, yenə də istədiyim kimi yaşayacam. Amma siz iyrənc görünürsüz. Gəbərin, qurdlu məxluqlar".

Xəbər lenti
0