Auditoriyada tələbə, arxiv şəkli

Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə

21
(Yenilənib 16:42 18.06.2019)
Bu gün saat 23.59-dək ərizələr təsdiq olunmalıdır

BAKI, 18 iyun — Sputnik. 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi bu gün saat 23.59-da başa catacaq. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız 18 iyun saat 23.59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq.

21
Əlaqədar
Magistraturaya qəbul imtahanının II mərhələsi keçirilir
Magistraturaya ixtisaslaşma seçimi başlanır