CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ailə podratı üsulu ilə narkotik yetişdirənlər həbs edildi

© Sputnik / Shahperi AbbasovaMuğanlı kəndi ərazisində çətənə kolları aşkar olunub
Muğanlı kəndi ərazisində çətənə kolları aşkar olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Astarada narkotik yetişdirən ər, arvad və qayın ifşa edilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 17 iyun - Sputnik. Astarada narkotik yetişdirən ər, arvad və qayın ifşa edilib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-ın cənub bürosuna verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. 

"Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pensər kəndində həmin kəndin sakini Xəyalət Zakirov və həyat yoldaşı T.Zakirovanın yaşadıqları fərdi yaşayış evinin həyətində sonuncunun qardaşı, əvvəllər məhkum olunmuş Zahir Şükürovla birlikdə aqrotexniki qulluq göstərməklə yetişdirdikləri 31 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Xəbər lenti
0