CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyi müəllimlərin maaşlarının artımı haqda məlumat yaydı

© Sputnik / Pavel Lysicyn / Mediabanka keçidПреподаватель в пустом учебном классе школы
Преподаватель в пустом учебном классе школы - Sputnik Azərbaycan
Abunə olmaq
Son 5 ildə 20 mindən çox gənc müəllim işə qəbul olunub

BAKI, 14 iyun — Sputnik. "Cari tədris ilində ümumilikdə müddətsiz müqavilə əsasında 4053 nəfər, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib. Ümumilikdə son 5 ildə 20 mindən çox gənc müəllim işə qəbul olunub. Eyni zamanda 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb, orta aylıq əməkhaqqı 500 manat civarında olmaqla ölkə üzrə orta aylıq əməkhaqqına yaxınlaşıb". Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda belə qeyd olunur.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub - Sputnik Azərbaycan
SİYASƏT
Mehriban Əliyeva uşaq sığınacağında və Uşaq İncəsənət Məktəbində olub

Bildirilib ki, keyfiyyətin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib: "Belə ki, 2013-cü ilə nisbətən qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb".

"Beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri 1 qızıl, 8 gümüş, 20 bürünc medal, 7 həvəsləndirici sertifikat əldə edib, son illərdə isə 4 qızıl, 29 gümüş və 107 bürünc medal olmaqla ümumilikdə 140 medal qazanıblar. 2019-cu ilin ilkin nəticələri də uğurlu olub. 36-cı Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz 4 gümüş və 1 bürünc medal əldə ediblər, bu nəticə həmin olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə olub", – məlumatda deyilir.

Nazirlikdən həmçinin bildirilib ki,  I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmunu yenilənib.

Bundan başqa, ali məktəbə qəbulla bağlı da statistik rəqəmlər açıqlanıb: "Ölkədə ali təhsilalma imkanları genişləndirilib. Son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olub, bu göstərici ötən il 41 mini ötmüşdü. Artım tendensiyası cari ildə təsdiq edilmiş qəbul planında da davam etdirilib. Belə ki, bu il bakalavriat səviyyəsinə qəbul planı 48506 nəfərə yüksəlib, yəni 6.4% artıb".

Xəbər lenti
0