CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL 5 aylıq hesabat verdi

© Photo : AZALСамолет AZAL
Самолет AZAL - Sputnik Azərbaycan
Abunə olmaq
Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54,8 faiz təşkil edib

BAKI, 12 iyun — Sputnik. 2019-cu ilin ilk beş ayı ərzində Azərbaycanın hava limanları 1,85 milyon sərnişinə xidmət göstərib. Bu barədə Sputnik Azərbaycan-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bunun 1,57 milyon nəfəri paytaxt aeroportu – Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 10 min sərnişin çoxdur.

F-35 tipli qırıcı - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan reaktiv təyyarə buraxa bilər

Göstərilən müddət ərzində Bakının hava limanının baza aviadaşıyıcıları - AZAL və "Buta Airways" müvafiq olaraq 649 min və 177 min sərnişin daşıyıb.

Bakının hava limanın beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,36 milyon təşkil edib. Bunun da 32,2 faizi AZAL-ın, 13 faizi "Buta Airways"in payına düşüb.

Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54,8 faiz təşkil edib.

Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə "FlyDubai", "AirArabia", "SCAT", "IsrAir", "Jazeera" və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb. Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.

Xəbər lenti
0