Yeni metro qatarları

Metroda kondisionerli qatarların sayı artır - Sərnişinlərə şad xəbər

75
(Yenilənib 14:23 12.06.2019)
Bakı Metropoliteninə yeni qatarların gətirilməsi prosesi davam edir

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. "Bakı Metropoliteni"də ümumilikdə 57 qatar var, onlardan yalnız beşi kondisionerlidir. Ötən gün depoya daxil olan daha iki qatar xəttə buraxıldıqdan sonra isə kondisionerli qatarların sayı 7 olacaq". Sputnik Azərbaycan-a açıqlamasında bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O, bildirib ki, ilin sonunadək xətdə olacaq kondisionerli qatarların sayı ümumilikdə 11 olacaq: "Yəni köhnə adlandırdığımız 81-714/717 tipli qatarlar 31 illik istismar müddətini başa vurur. Bundan sonra daha 4 belə qatar xətdən çıxarılacaq və onlar yeniləri ilə əvəz ediləcək".

B.Məmmədov qatarların hərəkətinin yay rejiminə uyğunlaşdırılması ilə bağlı da danışıb: "Bu ayın sonunadək qatarların yay vaxtına keçidi ilə bağlı məlumat veriləcək. Artıq bu istiqamətdə işlər görülür".

75