CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizə getmək istəyənlər üçün xoş proqnoz

© AFP 2023 / PASCAL POCHARD-CASABIANCAДевушка отдыхают на пляже, фото из архива
Девушка отдыхают на пляже, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Temperatur Abşeron yarımadasında gecə 20-24 gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək

BAKI, 12 iyun — Sputnik. İyunun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24 gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Model Banu Şucai - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı model: “Çimərlik geyimi geyənlərə həsəd aparıram, mənə icazə vermirlər”

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 13-də hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 12-15-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti
0