Məktəbdə tənəffüs

Dərs proqramı bitibsə... Dərsliklər yığılıb, "tədris" isə davam edir

225
(Yenilənib 15:43 08.06.2019)
Tədris ilinin müddəti ilə bağlı ciddi problem yaranıb, məsələyə yenidən baxılmalıdır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. 2014-cü ilin noyabr ayında keçmiş Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumtəhsil məktəblərində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatdırılmasına qərar verildi. Və artıq 5 ildir ki, tədris ili bu formada davam etdirilir. Amma...

Məsələ ondadır ki, məktəblərdə tədris faktiki olaraq dayanıb, dərs proqramları isə başa çatıb. Artıq bəzi məktəblərdə şagirdlərdən kitablar belə, yığılıb. Buna baxmayaraq uşaqlara iyunun 14-ə qədər məktəbə gəlmələri tapşırılıb. Proqram bitdiyi üçün demək olar ki, bəzi məktəblərdə dərs də keçilmir.

Valideynlər isə bu durumla narazıdır. Dərs proqramı bitib, dərs keçilmir və hətta kitablar belə yığılıbsa, uşaqlar niyə məktəbə getməlidir?

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda təhsil sahəsində bitib-tükənməyən ciddi problemlərin fonunda dərs ilinin nə vaxt başlayıb, nə vaxt sona çatması elə də önəmli məsələ deyil. Çünki dərsliklərin məzmunundan tutmuş, forma və keyfiyyətinə, hər dərsliyə dair bir neçə əlavə vəsaitin nəzərdə tutulmasına, tədrisin keyfiyyətinin aşağı olması qədər xeyli həlli vacib problemlər var: "Hazırda məktəblərdə tətbiq edilən kitabların tədrisi və mənimsənilməsi üçün bir dərs ili deyil, heç iki dərs ili də çatmaz".

Amma eyni zamanda ekspert onu da vurğulayıb ki, bütün bunlarla yanaşı dərs ilinin gec başa çatması da problemləri artıran səbəblərdəndir. Çünki ölkənin orta ümumtəhsil məktəblərinin dərsləri iyunun 14-nə kimi uzatmağa şəraiti yoxdur. Orta məktəblər kondisioner və soyuducu cihazlarla təmin olunmayıb.

K. Əsədov qeyd edir ki, ABŞ-da birincilərin bərabər məktəbə getdiyi müəyyən bir gün yoxdur. İş ondadır ki, bir çox Amerika məktəbləri tədris ilinin başlandığı günü seçməkdə sərbəstdirlər, sadəcə qaydalara görə müəyyən müddət ərzində məktəb qapılarını uşaqların üzünə açmalıdılar.

"Bu, avqust ayının ortasından sentyabr ayının ortasına qədərdir, eləcə də 180 günlük tədris ili planını yerinə yetirməlidirlər (tədris ilinin sonu may-iyun ayına düşür)" – deyə o əlavə edib.

Ekspert vurğulayıb ki, ABŞ-da bütün birincilər məktəbə gəlmir. Çünki orada "home schooling"- evdə təhsil anlayışı mövcuddur: "Bununla yanaşı, evdə yalnız xəstə deyil, eləcə də tam sağlam uşaqlar da qalır. Pedaqoq rolunda uşaqların valideynləri çıxış edir. Onlar proqram təqdim etməli və uşaqlarının müvəffəqiyyətlərinin hesabatını verməlidirlər. Orta hesabla dərslər 8-9 arası başlayır, sonra isə uşaqların 5-6 dərsi olur. Dərslərin müddəti 55 dəqiqə olur, bu dərslərin arasında bir saatlıq lanç olur. Bu, uşaqlara dərs gününün sonuna qədər dözmək üçün lazımdır. İbtidai sinifdə qiymətlər verilmir, bu, pedaqoji hesab edilmir".

Ekspert hesab edir ki, dərslərin sentyabrın 1-dən başlayıb mayın 30-da bitməsi uşaqlar üçün faydalıdır. Çünki şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac var. "Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir. Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç birində sentyabrın 15-də dərs başlamır. Hamıda sentyabrın 1-də başlayır, may ayının 25-də bitir" – ekspert bildirib.

Millət vəkili Asim Mollazadə isə mövzu ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsil ili real proqramla təmin olunmalıdır: "Hər bir saatın arxasında real dərs durmalıdır. Təqvim bu prosesə uyğun deyil. Söhbət bu təqvimi nə ilə doldurmaqdan gedir. Burada da çox ciddi işlər görülməlidir. Kurikulum üzərində işlənilməlidir. Azərbaycanda vahid orta təhsillə bağlı olan proqramı olmalı, uşaqların hansı biliklərə yiyələnməsi ilə bağlı sistem olmalıdır. Mənə elə gəlir ki, bunun üzərində çox iş görülməlidir. Hər şey hesablanmalıdır. Və məhz kurikulum əsasında təqvim hazırlanmalıdır".

A.Mollazadənin sözlərinə görə, hazırkı vəziyyətdə dərsliklərin üzərində işlənilməli, tədris proqramının mahiyyətində çox ciddi dəyişikliklər edilməldiir. Burada beynəlxalq təcrübədən istifadə edilməli, bununla yanaşı Azərbaycanda elmi araşdırmalarla məşğul olan mərkəzlər bu istiqamətdə Təhsil Nazirliyi ilə əməkdaşlıq etməlidir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o da tədris ilinin əvvəlki kimi olmasının tərəfdarıdır. Çünki iyun ayı isti keçir: "Düşünürəm ki, tədris ilinin sentyabrın 1-i başlayıb, may ayının sonunda bitməsi daha effektiv olardı".

Millət vəkilinin sözlərinə görə, əvvəl tədris ili sentyabrın 1-i başlayıb, mayın 30-31-i başa çatırdı.

"Dünya təcrübəsinə nəzər salsaq, elə ölkələr var ki, orada heç yay tətili yoxdur. Çünki onlarda təhsil ilində 1 aylıq, iki həftəlik fasilələr olur. Mənim fikrimcə, Azərbaycanda yay tətili çox vacibdir. Çünki ölkənin aran rayonlarında və Bakıda havalar çox isti keçir. Əvvəl yaxşı idi, yoxsa indi? Bunu deyə bilmərəm. Amma biz də məktəb oxumuşuq. Əvvəllər də kitablar mayın ortalarında yığılırdı. Ancaq uşaqlar tədris ilinin sonuna qədər məktəbə gəlir, yaya tapşırıqları alır, ümumiləşdirici dərslər keçirdi. Bu proses məktəb daxilində elə tənzimlənməlidir ki, uşaqlar boş qalmasın" – deyə millət vəkili qeyd edib.

225
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

29
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

29
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

56
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

56
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN