Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev Zakir Həsənov barədə sərəncam imzaladı

657
Zakir Həsənov “Şöhrət” ordeni ilə təltif edilib

BAKI, 5 iyun - Sputnik. Prezident İlham Əliyev Zakir Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə Zakir Əsgər oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, iyunun 6-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 60 yaşı tamam olur.

657